Yarış darıxdırıcı idi, ötmələr minimum idi, amma Təhlükəsizlik Maşını son dövrələrdə gərgin mübarizə bəxş etdi “Formula 1” həvəskarlarına.
Təəssüf ki, Karlos Sayns ciddi bir hücum təşkil edə bilmədi - özü demişkən, sürəti (ya da cürəti) çatmadı. Yerinə Lekler olsaydı nə olardı – bu qeybi məsələdir və biz buna qarışmırıq).
“Mercedes” yenə də sübut etdi ki, iki top komandanın problemlərindən maksimum yararlanır - uzun fasilədən sonra Hamilton komanda yoldaşını üstələdi. Ümumiyyətlə, bu həftəsonu Luis sürətli idi - sonda da uzun müddət liderlərin tempində sürdü, hətta Lekler onlara çata bilmədi
Dünən qeyd etmişdim ki, Alonsonun barıtı barədə - bir atımlıq oldu: Okon da onu qabaqladı, sonra cərimə və yekunda yalnız 9-cu yer. Əvəzində “Alfa Romeo” 2 maşınla xal qazandı.
Günün sürücüsü Lekler seçildi – yarışda yaddaqalan heç nə etməsə də...