Vaxt.Az

Verstappen-Şumaxer yarışı


 

“Red Bull” pilotunu 2004-cü ilin əfsanəsinə uduzduran səbəblər ...

Verstappen-Şumaxer yarışı “Red Bull” keçən il büdcə limitini 1.8 milyon funt aşıb. Verilən cəza isə məncə, yüngüldür. Gələnilki büdcədən 7 milyon kəsinti və aerodinamik borudakı işi 10 faiz azaltma. Düzdür, “Red Bull” bu il çempion olduğu üçün gələn il aerodinamik boruda ən az vaxt keçirən komanda olacaq. 10 faiz cərimə də onlara problem yarada bilər, amma yenə də yüngül cəzadır. Belə də, lap yaxşı. Deməli 5 faizə qədər limiti keçsən, belə yüngül cəza alırsan. Gələn il “Ferrari” və “Mercedes” də rahatlıqla limit keçə bilərlər. Lap əla.

İndi keçək Verstappenin builki qələbə sayına. Düzdür, bundan sonrakı yarışları qazanıb, qələbə sayını 16 da edə bilər. Amma məncə, 2004-cü ildə Şumaxerin rekordu qədər dəyərli olmayacaq. Çünki həmin il həm yarış sayı 17 idi, həm də “Ferrari” 1-2 yarışda Rubens Barrikelloya qələbə verdilər. Amma bu il “Red Bull” heç bir yarışda Peresə qələbə şansı verməyib.

2013-də də Vettelin ardıcıl 9 qələbəsi var idi. O da fantastik bir şey idi. Ardıcıl 9 yarış qazanmaq – hər yarışa hazırlaşmaq, hər yarış üçün beynini toplamaq və s. – asan iş deyil.

 





28.10.2022    çap et  çap et