Onun sözlərinə görə, helikopter və maşınlardan istifadə edərək canlıları su və yemlə təmin edəcəklər.
İranın ətraf mühit təşkilatının sədr müavini Şəhrəbanu Əmani Urmiya gölünün bərpası üçün əllərindən gələni etdiklərini və hamının bu sahədə köməyinə ehtiyacları olduğunu bildirib.
BMT-nin inkişaf proqramının Asiya və Okeaniya üzrə regional bürosunun direktoru, BMT-nin İrandakı nümayəndəsi və İranın müvafiq qurumlarının rəsmiləri bu gün Urmiya gölü və milli parkına baxış keçiriblər.