Vaxt.Az

Ermənilər 51 meyiti tədricən təsdiqləyir


 

«Daha bir əsgərimiz öldürüldü»

Ermənilər 51 meyiti tədricən təsdiqləyir Qondarma Dağlıq Qarabağ Respublikasının «Müdafiə Nazirliyi» ötən gecə baş verən toqquşmalarda 1 hərbi qulluqçusunun həlak olduğunu açıqlayıb.

Modern.az saytı erməni mətbuatına istinadən xəbər verir ki, hərbi qulluqçunun adı açıqlanmasa da, onun 1989-cu il təvəllüdlü olduğu bildirilir.

Xatırladaq ki, son günlər ərzində cəbhə xəttində atəşkəs rejiminin intensiv pozulması və kəşfiyyat-diversiya qruplarının təxribatı nəticəsində Azərbaycan ordusunun 13 hərbçisi həlak olub.

Erməni tərəfi isə daha çox itki verib.

 





02.08.2014    çap et  çap et