Vaxt.Az

Rusları dost saymayanlar artıb


 

Ermənilərin neçə faizi Azərbaycanı düşmən hesab edir?

Rusları dost saymayanlar artıb Avrasiya İnkişaf Bankının İnteqrasiya Araşdırmaları Mərkəzi hesab edir ki, keçmiş Sovet İttifaqı məkanında ən böyük düşmənçilik Ermənistan-Azərbaycan münasibətlərində hiss olunur.

İnteqrasiya Araşdırmaları Mərkəzinin yeni hesabatında qeyd olunur ki, 2016-cı ildə Ermənistanda Azərbaycanı dost saymayanların sayı son 5 ilin ən yüksək həddinə – 97 faizə çatıb.

Ermənistanda Türkiyəni dost saymayanların sayı 83 faizdir.

İnteqrasiya Araşdırmaları Mərkəzinin yeni araşdırması göstərir ki, bu il Ermənistanda Rusiyanı dost saymayanların sayı 1 faizdən 5 faizə artıb.

ABŞ-a münasibəti pis olanların sayı isə 6 faizdən 3 faizə enib.

Hesabatda bildirilir ki, Ermənistanda MDB regionuna dostcasına münasibət göstəricisi 2016-cı ildə 13 faiz azalaraq 73 faizə düşüb.

 





27.10.2016    çap et  çap et