Vaxt.Az

Ermənilər dəlixanaya basqın etdi


 

Direktorun otağında pul axtarırmışlar

Ermənilər dəlixanaya basqın etdi İrəvanın Nubaraşen rayonunda psixiatriya xəstəxanasına basqın olub. «Report» Ermənistan KİV-inə istinadən xəbər verir ki, naməlum şəxs və ya şəxslər xəstəxananın direktorunun kabinetinin qapısını sındıraraq, otağa daxil olublar.

İnformasiyaya görə, onlar otaqda pul axtarıblar, amma tapa bilməyiblər. Xəstəxanaya basqın edənlər hadisə yerindən qaçaraq, gizləniblər.

Faktla bağlı araşdırma aparılır.

Cinayəti törədənlərin şəxsiyyətinin müəyyənləşdirilməsi və tutulması istiqamətində tədbirlər görülür.

 





07.12.2016    çap et  çap et