Vaxt.Az

Türkiyədə «Kürdüstan» qurdular


 

Təsisçi Məhəmməd Əmin Qardaşdır

Türkiyədə «Kürdüstan» qurdular Türkiyə Cümhüriyyətində ilk dəfə «Kürdistan» adı siyasi partiya quruldu. milliyet.com.tr-nin verdiyi məlumata görə, hökumət Kürt reformunu müzakirə edərkən «Kürdistan» partiyasının qurulduğunu elan edib.
Kürdüstan Demokrat Partiyası -Türkiyə (kürdcə: Partiya Demokrata Kürdistan-Türkiye) adlı partiyanın qurucu başqanı Məhəmməd Əmin Qardaş (Mehmet Emin Kardeş) partiyanın təsis olunması haqda sənədləri, digər 35 qurucu ilə birlikdə Daxili İşlər Nazirliyinə təqdim edib.
M. E. Kardeş partiyanın proqramının açıq, şəffaf və leqal olduğunu və demokratik yolla mübarizə aparacaqlarını söyləyib: “Yüz illərdir kürdlər haqq mübarizəsi aparır. İlk dəfə Kürdüstan adı ilə partiya qurduq. Biz bunu qanuni haqqımız olaraq görürük”.
PDK-T Partiyasının logosu yaşıl, sarı və qırmızı rənglərdən ibarətdir. Logoda yaşıl qarlı dağlar arxasında sarı günəş təsvir edilib. Arxa fonda isə "Partiya Demokrata Kürdüstan Türkiyə" yazılıb.
 





04.01.2014    çap et  çap et