vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
GÜNDƏM  
17:11 | 18 may 2017 | Cümə axşamı Məqaləyə 2373 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Dilbər»in tayı-bərabəri yoxdur

Azərbaycanlı milyarderin yaxtası birinci oldu

MÖVZU İLƏ ƏLAQƏLİ

Milyarderlər Əlişir Usmanovun və Vahid Ələkbərovun yaxtaları ümumdünya «World Superyacht Awards 2017» mükafatçılarının sırasına daxil olub. Virtualaz.org xəbər verir ki, müsabiqənin nəticələri bu günlərdə Florensiyada elan edilib.

Azərbaycanlı iş adamı, Rusiyanın «LUKoil» neft şirkətinin rəhbəri Vahid Ələkbərova məxsus «Galactica Super Nova» yaxtası uzunluğu 50 metrdən yuxarı olan mühərrikli yaxtalar arasında birinci yeri tutub.

«İlin yaxtası» mükafatı isə Əlişir Usmanovun «Dilbər» yaxtasına verilib. «USM Holding»in rəhbərinin su nəqliyyatının tayı-bərabəri olmayıb. «World Superyacht Awards» mükafatının təsisçilərinin yekdil fikrinə görə, Usmanovun yaxtası tarix boyunca mövcud olmuş ən gözəl yaxtadır.

«Yaxtanın daxili gözəlliyi, onun interyerindəki nadir materiallardan istifadə olunaraq hazırlanmış elementlər və eyni zamanda, yaxtanın daxilində mövcud olan 180 kub metrlik hovuz təəccübləndirməyə bilməz. Bu yaxta ən layiqli qalibdir», - mükafatın təsisçiləri bildirir.

Ekspertlərin fikrincə, uzunluğu 157 metr olan 15.917 ton tutumlu «Dilbər» yaxtasının təxmini dəyəri 600 milyon dollardır.