vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
AMERİKA  
16:38 | 19 may 2017 | Cümə Məqaləyə 2232 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Tramp real namizədin adını açıqlayıb

FTB-nin rəhbəri postuna 3 namizəd var

MÖVZU İLƏ ƏLAQƏLİ

Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Donald Tramp Federal Təhqiqatlar Bürosunun rəhbəri postuna real namizədin adını açıqlayıb.

APA-nın «Reuters»ə istinadən verdiyi xəbərə görə, prezident bildirib ki, sabiq senator Co Liberman FTB rəhbəri vəzifəsinə təyin oluna bilər.

Tramp bu barədə Kolumbiya prezidenti Xuan Manuel Santosla görüşü zamanı bildirib.

Qeyd edək ki, Tramp mayın 17-də 75 yaşlı Liberman və FTB rəhbəri postuna digər üç namizədlə - FTB direktoru vəzifəsini müvəqqəti icra edən Endrü Makkeyb, Oklahomanın sabiq qubernatoru Frenk Kitinq və FTB veteranı Riçard Makfili ilə görüşüb.

Tramp ötən həftə FTB direktoru Ceyms Komini vəzifəsindən azad. Prezident qərarını Kominin səlahiyyətlərini icra edə bilməməsi ilə əlaqələndirib.