Rusiya sərhədə tərəzi qoydu...
...Bakıda pomidor 3 dəfə ucuzlaşdı
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“NATO həmişəkindən daha güclüdür”
“Ukrayna müharibəsi təhlükəsizliyin regional deyil, qlobal olduğunu göstərdi”
-
Ukraynada çağırış yaşı aşağı salındı
Zelenski uzun müddətdir yubatdığı qanunu imzaladı
-
“Kerç partlayacaq”
Ukrayna müharibədə bütün balanslar dəyişməyə qərarlıdır
-
“Rusiya gələcəyini Pekinə girov qoyub”
Yens Stoltenberq: “Ukraynanın yeganə dəstəkçisi ABŞ deyil”
-
ABŞ terrordan qabaq işarə vermişdi
Putin qeyri-qanuni miqrasiyaya qarşı təhlükəsizlik tədbirlərinin artırılmasını əmr edib
-
Dezinformasiya yayanlara sanksiya
Fransa XİN Rusiya şirkətlərini hədələdi
-
Rusiya ordusunda kritik dəyişiklik
Hərbi Dəniz Qüvvələrinə və Qara Dəniz Donanmasına iki təyinat
-
Tanekoya PUA zərbələri
Ukrayna Rusiyanın əsas neft emalı zavodunu vurdu
-
Rusiyaya PUA hücumu
“Shaded-136”lar istehsal olunan zavodda partlayış baş verib
-
150 minlik ordu
Rusiyada növbəti səfərbərlik üçün yaş həddi artırıldı
-
“Qətliam olacaq”
“85 il əvvəl 200 min rus əsgərini öldürmüşdük”
-
“Havana sindromu” – sirr pərdəsi aralanır
Dünyanın səbirsizliklə gözlədiyi hesabat dərc olundu
-
Ukraynaya 1,5 tonluq bomba atıldı
SSRİ zamanı istehsal Termobarik raket döyüşdə ilk dəfə istifadə olunur
-
Putinin “inanclı atəşkəsi”
Aysberqin görünməyən tərəfi
-
Bir milad yazışması
Ukrayna xalqı ən müqəddəs bayramını ruslarla bir gündə qeyd etmək istəmir
-
Azərbaycanlı “Qurd”
VIP mühafizəçidən “Dəniz piyadası”na qədər
Rusiya-Azərbaycan sərhədindəki Yaraq-Qazmalar sərhəd-keçid məntəqəsində Azərbaycandan keçib bu ölkəyə gedən ağırtonnajlı yük avtmobilləri üçün daşınan yüklərin çəkisinə nəzarət gücləndirilib. İlk baxışdan qəribə də olsa bunun nəticəsində Bakı bazarlarında pomidorun qiyməti qəfildən kəskin aşağı düşüb.
Virtualaz.org xəbər verir ki, Rusiya-Azərbaycan sərhədində Azərbaycandan keçib gedən TIR-lar üçün çəki nəzarətinin tətbiq olunması Dağıstanda bir aydan çox tətil edən TIR sürücülərinin hökumətin qarşısında qoyduğu tələblərdən biri idi. Dağıstanlı TIR sürücüləri əslində «Platon sistemi»inə etiraz olaraq tətilə başlamışdılar və bu aksiya nəticəsində Azərbaycandan Rusiyaya (o cümlədən geriyə) yükdaşımalar həftələr boyu faktiki dayanmışdı. Çünki dağıstanlı sürücülər Azərbaycandan olan TIR sürücülərinin də aksiyaya qoşulmasını tələb edirdi.
Nəhayət dağıstanlı sürücülərin tətili yerli hökumətlə danışıqlardan sonra dayandırıldı. Dağıstan hökuməti «Platon sistemi»inin ləğvinə dair sürücülərin əsas tələbini yerinə yetirmək səlahiyyətində olmasa da Azərbaycanla sərhəddə çəki nəzarətinin gücləndirilməsini təmin etməyə söz verdi. Çünki dağıstanlı sürücülər bildirirdi ki, Azərbaycandan gedən TIR-lar yükü normadan artıq vururlar və nəticədə haqsız rəqabət yaranır.
Mayın 11-də Dağıstan hökumətinin iclasında tətil etmiş sürücülərlə razılaşmaların yerinə yetirilməsi məsələləri müzakirə olunub. Nazirlər kabinetinin sədri Abdusamid Həmidovun sədrliyi ilə keçirilən iclasda Azərbaycanla sərhəddəki postlarda çəki nəzarəti avadanlıqlarının təkmilləşdirilməsi barədə göstərişlər verilib. Qərara alınıb ki, normadan artıq yük daşıyan avtomobillərlə bağlı məsələ respublika ərazisində nizamlanacaq.
Və belə görünür ki, həmin müşavirədən sonra Dağıstanın Azərbaycanla sərhəddəki nəzarət postlarında TIR-ların daşıdığı yüklə bağlı çəki nəzarəti gücləndirilib. Virtualaz.org əməkdaşı Rusiyaya pomidor ixrac edən sahibkarlardan biriylə söhbətləşib, mənbə deyib ki, bir neçə gündür 23 tondan artıq yük vuran Azərbaycan maşınları Rusiyaya buraxılmır.
Nəticədə Azərbaycandan Rusiyaya pomidor daşıyan və normadan artıq yük vuran avtomobillərdən yükün artıq hissəsi boşaldılır, Rusiyaya ixrac olunmaq üçün qablaşdırılmış pomidorlar daxili bazara yönəldilir. Və bunun nəticəsində cəmi bir neçə gün əvvəl Bakı bazarlarında kiloqramı 4-5 manata satılan pomidor 3 dəfə ucuzlaşıb, hazırda kiloqramı 1 manat 30 qəpik-1 manat 50 qəpik arasında dəyişir.
Sahibkarın dediyinə görə, onlar yükü əvvəlcədən qablaşdırmışdılar və Rusiyaya yola salmaq üçün yükləyəndə məlum olub ki, sərhəddə çəki nəzarəti gücləndirilib. Nəticədə daşınma xərclərinin artması sahibkarların Rusiyaya ixrac etdikləri pomidordan əldə edəcəkləri gəlirə təsir edib, onlar malın artıq hissəsini daxili bazarlara yönəldiblər.