vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
GÜNEY  
22:34 | 21 may 2017 | Bazar Məqaləyə 1902 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Güney azərbaycanlı alpinistin fəthi

Əzim Qeyçisaz Himalayın ən hündür zirvələrindən birinə oksigen balonu olmadan qalxıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Güney azərbaycanlı alpinist Əzim Qeyçisaz Himalay dağlarının 8516 metr hündürlükdə olan Lhotse zirvəsini fəth edib. Məşhur dağçı mayın 19-u saat 12:22-də Lhotse zirvəsini fəth edərək dünya alpinistlərinin səkkiz minliklər klubuna qoşulmağı bacarıb.

O, Himalay dağlarının ən hündür zirvəsi sayılan Lhotse zirvəsini fəth etmək üçün dayanmadan 40 gün çalışan alpinist, bu şəxsi rekordunu yeniləmək üçün 9 il hazırlaşıb.

Azərbaycanlı alpinist 12 il öncə Everest, 9 il öncə isə Prodpeyk zirvəsini fəth etmişdi. Himalay zirvələrini oksigen balonu olmadan fəth edən alpinist sonralar Daolagiri, Nanqapart, Kançen Çunqa, Qaşerbrum-1, Qaşerbrum-2, key-2, Manaslu, Anapurna, Makalu, Ço oyu və Şişa Panqma zirvələrinə qalxıb.

Əzim Qeyçisaz bu nailiyyətdən sonra dünya üzrə 8 min metr hündürlüyündə olan 14 zirvəni oksigen balonu olmadan fəth edən 16-cı alpinist oldu.