vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
CƏMİYYƏT  
21:37 | 22 may 2017 | Bazar ertəsi Məqaləyə 2862 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Sarı xətt qadağası ləğv olunur

Mayın 23-də saat 12-dən sonra

MÖVZU İLƏ ƏLAQƏLİ

DİN Baş DYP İdarəsi Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar bəzi küçə və yollarda tətbiq olunan məhdudiyyət müddətlərinin bitməsi ilə bağlı sürücülərə müraciət edib.

VAXT.AZ xəbər verir ki, idarədən verilən məlumata görə, Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar şəhərin bəzi küçə və yollarında sarı xətlərlə xüsusi «Oyun zolaqları» çəkilmişdi ki, həmin zolaqlarla may ayının 5-dən 25-dək operativ və oyunlara cəlb edilmiş avtomobillər istisna olmaqla digər nəqliyyat vasitələrinin hərəkəti qadağan olunmuşdu.

Daxili İşlər Nazirliyinin Baş DYP İdarəsi sürücülərin diqqətinə çatdırır ki, Bakı şəhərində nəqliyyat vasitələrinin rahat və fasiləsiz hərəkətinin təmin olunması məqsədi ilə may ayının 23-ü saat 12:00-dan sarı xətlərlə nişanlanmış xüsusi zolaqlarda hərəkətə tətbiq olunmuş məhdudiyyətlər ləğv olunur.