vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
KARYERA  
18:39 | 24 may 2017 | Çərşənbə Məqaləyə 2792 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yuxusuzların peşəsi

Ən az yatanlar hansı sahənin əməkdaşlarıdır?

MÖVZU İLƏ ƏLAQƏLİ

«The Guardian» Almaniyada «Frankfurter Allgemeine Zeitung» qəzetinin sifarişi ilə Berlində mənzillənmiş İqtisadi Tədqiqatlar İnstitununun apardığı araşdırmadan yazır.

Bu araşdırma zamanı 100-dək peşə sahiblərindən kimlərin nə qədər yuxu yatdığı aşkar edilib.

Məlum olub ki, ən az yatanlar mühafizə xidmətlərinin əməkdaşlarıdır. Eyni sözü sifarişlə ünvanlara bağlama aparan kuryerlərə və çörəkçilərə də aid etmək olar. Onlar gecələr 6, 6 saatdan daha az yatırlar.

Bəs elə isə yorğunluğunu ən yaxşı çıxaranlar kimlərdir? Araşdırma göstərib ki, mağaza satıcıları gecələr 7 saat 10 dəqiqə yatırlar. Jurnalistlər və aktyorlar da yuxularını yaxşıca alırlar.

Britaniyada Kral İctimai Sağlamlıq Cəmiyyətinin apardığı araşdırma göstərib ki, Birləşmiş Krallıqda adamlar gecələr orta hesabla 6, 8 saat yatırlar. Norma sayılan 7 saatdan o qədər də az deyil. Hərçənd rəyi soruşulanların əksəriyyəti 7, 7 saat yuxuya ehtiyaclarının olduğunu bildirib.

Amerikada Xəstəliklərə Nəzarət və Onların Profilaktikası Mərkəzlərinin 29 ştatda 180 min adamın arasında apardığı sorğu göstərib ki, rəyi soruşulanların 36, 5 faizi kifayət qədər yuxu almadığından gileylənir.

Bu rəqəm kommunikasiya texnologiyaları işçiləri üçün 58,2 faizdir. Müqayisədə istehsalatda çalışanlar, məsələn qida emalı və poladəritmə zavodlarının işçiləri daha az yatırlar.

«The Guardian» yazır ki, bütün bunlar qlobal miqyasda maaşların düşdüyü bir vaxtda, yuxudan məhrumiyyətin də artdığını göstərir.

«Lakin gecələr beş saatdan da az yatan peşə sahibləri var! Hansı peşədir o? «Ana» peşəsi» - yazır qəzet.