vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 yanvar 2018
ABŞ dolları 1 USD = 1.7001 AZN
Avro 1 EUR = 2.0842 AZN
Rusiya rublu 1 RUB = 0.0301 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.3777 AZN
Türk lirəsi 1 TRY = 0.4493 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
İNCƏSƏNƏT  
19:12 | 24 may 2017 | Çərşənbə Məqaləyə 543 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Hər rəssam bir planetdir»

... Və ya sən mənı anlamırsan

Anna FECH

MÖVZU İLƏ ƏLAQƏLİ

YARATda kiçik kurator qismində yeni vəzifəmə başladığım ilk həftələrdə, mən, yerli rəssamları narahat edən problemlər haqqında müəyyən təsəvvürə malik olmaq üçün, onlardan müsahibələr götürdüm. Nəticədə, yaxın zamanda ARTIM Layihə Məkanında keçiriləcək «Sən məni anlamırsan» adlı sərgisi ərsəyə gəldi. Sərginin başlıca məqsədi, rəssamların müasir incəsənətlə bağlı düşüncələrini əks etdirməklə yanaşı, sosial mediada müzakirələr qurmaqdır.

İncəsənət dünyası çoxdan qloballaşıb. Mənim kimi kuratorlar, getdiyi ölkənin dövlət dilini bilmədən belə, dünyanın istənilən ölkəsində fəaliyyət göstərə bilər. Mənim üçün bu qloballaşma məsələsi bir çox sualları ortaya qoyur. Azərbaycanda ilk və hardasa sadə turist təəssüratlarımın üzərində qurulan sərgim üçün «hazır konsepsiya» təqdim etmək əvəzinə, mən, daha həssas yanaşma tapmağa axtarıb çalışdım və ağlıma yerli rəssamlardan müsahibə götürmək kimi maraqlı fikir gəldi. Mən, onların dünya görüşlərini, hansı maneələrdən keçməli olduqlarını bilmək istəyirdim. Siyahıda birinci yerdə dayanan suallar, rəssam və kurator arasındakı münasibətləri təhlil edir. Fərqli mədəni mühitə yenicə qədəm qoymuş bir kurator kimi, məni bu məqam daha çox maraqlandırırdı.


«Mən hələ də cavab axtarıram»


Sadə sualların cavabını öyrənmək mən düşündüyüm qədər asan olmadı. Belə ki, Samir Salahovdan «yaxşı» sənət əsərinin nə olduğunu soruşanda, o, tam səmimiyyətlə bu sözləri dedi: «Mən, hələ də bunun cavabını axtarıram». Əli Həsənova gəlincə, hər hansı sənət əsərinin nə dərəcədə «yaxşı» və ya «pis» kimi qiymətləndirilməsi bilavasitə kuratorlar və ya sənətşünasların işidir. Bir rəssam olaraq, o, heç kimi mühakimə etmir və sadəcə öz yaradıcılığı ilə məşğuldur. Ramal Kazımovun fikrincə, «emosional komponent» - istər pozitiv, istərsə də neqativ hisslər oyatmaq baxımından ən mühüm keyfiyyət meyarıdır. Nəzrin Məmmədovaya gəlincə, əgər hər hansı əsər, sizi «cuşa gətirirsə» və müəyyən «enerjiyə» malikdirsə, deməli, o, «yaxşı» əsərdir. Mahmud Rüstəmov isə əksinə, hesab edir ki, peşəkar rəssam olmaq üçün, onun akademik təhsilə malik olması son dərəcə vacibdir: «Bu gün hər ikinci adam özünü «sənətkar» sayır və bu, əsl faciədir».


«Hər rəssam bir planetdir»


Fərhad Fərzəliyev üçün «yaxşı sərgi», debatlara rəvac verən, özündən sonra sadəcə yox olan deyil, müəyyən izlər saxlayan sərgidir. Aqil Abdullayev eksperimental sərgi yanaşmalarını sevir, Samir və Nəzrin isə onu dəstəkləyir. Sənət əsərlərinin mühüm əhəmiyyət kəsb etməsinə baxmayaraq, eksperimental konsepsiya, nisbətən zəif əsərləri «təkmilləşdirə» bilir. Mahmud üçün «yaxşı sərgi» sualının cavabı çox sadədir: «Mənim üçün «yaxşı sərgi», böyük auditoriyanı özünə cəlb edə bilən sərgidir». Kuratorlarla əməkdaşlığa gəlincə, Nəzrin bu məsələni bir neçə kateqoriyaya bölür: «Bəzən kuratorlar sizə ona görə yaxınlaşırlar ki, onlar «nəsə» axtarırlar... Kuratorlardan bəziləri rəssamdır və onların təmiz, aydın ideyaları olmur. Kurasiya - bir növ ordan-burdan material toplamağa və onları bir-birinə calamağa, kollaj hazırlamağa bənzəyir. Bu baxımdan, hər bir rəssam, ayrıca bir «planetdir». Buna baxmayaraq, Nəzrin, kuratorun sənətçini başa düşməsi və nəticə etibarilə, onun yeni dostuna çevrilməsinə səbəb olan münasibətlərə böyük önəm verir: «Belə olanda, tərəflər bir-birindən öyrənir».

«Sovetlər dövründə «kurator» adlı anlayış yox idi», deyə Fərhad başa salır. «Bu, bir növ yeni fenomendir və mənim kuratorlar ilə o qədər də böyük iş təcrübəm yoxdur».


«Kurator əsər yaratmayan sənətçidir»


Mövzuya ünvanlanmış digər sual, kurator vəzifəsinin «məna vermək» baxımından əhəmiyyətli olub-olmaması ilə bağlıdır. Əli Həsənov hesab edir ki, kurator, heç kimə lazım olmayan bir peşədir. Çünki rəssam, mənanı özü də verə bilər. Fərhad da kurotorun fəaliyyətini vacib saymır. Amma, Fərhad, kurator və sənətçinin birlikdə «mükəmməl simbioz» təşkil etdiyini sayır: «Kurator, əsərləri yaratmayan sənətçidir və işlərin necə «düz-qoş» edilməsini yaxşı bilir. Sadəcə, ona bəzən düzgün istiqamətləndirmə lazım olur. XXI əsrdə, bizə təqdim olunan ucsuz-bucaqsız informasiya okeanında, asanlıqla «boğulmaq» mümkündür. Bu baxımdan, məhz kurator, belə vəziyyətdən çıxmaq üçün, sizə düzgün yol göstərə bilər». Ramal, rəssamı orkestrin bir hissəsi olmağa çalışan piano ifaçısına bənzədir. Kurator isə, hər şeyin harmonik səslənməsi üçün, musiqiyə ton verən dirijor rolunu oynayır. Aqil daxil olmaqla, digər rəssamlar, sənətçinin dəf etməli olduğu bəzi maneələri, məhdudiyyətləri də qeyd etdilər. Bu, təkcə kurator-sənətçi münasibətləri yox, həm də ümumilikdə, hər hansı çərçivədə (məs. qalereya, muzey və ya digər muxtar məkanda) fəaliyyət ilə bağlıdır: «Ümumilikdə, siz, insanların istədiyini onlara verə bilərsiniz. Amma, buna görə özünüzü getdiyiniz yoldan dönməyə məcbur etməməlisiniz».


«Məni başa düş»


Rəssamların əksəriyyəti kuratordan heç nə tələb etmirdi... Tələb etsələr belə, bu çox sadə və bəsit bir mesaj idi: «Məni başa düş». Digər tərəfdən, mən rəssamların müasir incəsənət dünyasının diktə etdiyi bu və ya digər «sxemə» uyğunlaşmaq məcburiyyətində olub-olmadıqlarını bilmək istəyirdim. Aqil bu məsələyə belə yanaşır: «Dünyamız çox sürətlə dəyişir. Əvvəllər biz bir mobil telefonu 5 il işlədirdik. «iPhone» çıxandan sonra, biz hər il telefonumuzu yeniləyirik. İncəsənət dünyası da sürətlə dəyişir. Siz gərək müasir sənət aləmi ilə ayaqlaşasınız».

«Bu bir növ oyundur», deyə Nəzrin izah edir. «Bəzi rəssamların konkret kuratorla işləmək üçün «ürəyi» gedir. Bu, sanki bir «yarışa» çevrilib. Amma, elə bir məqam gəlir ki, siz, necə sənətçi olduğunuzu və nə axtardığınızı təsdiqləməli olursunuz. Mən, hər şeyin sizə təbii yolla gəlməsinin tərəfdarıyam».


«Kameranı söndürəndən sonra»


Məndə xüsusi sual-cavab anketinin olmasına baxmayaraq, ən vacib və ən maraqlı məqamlar, məhz kameranı söndürəndən sonra başlayan müzakirələrdə yer alırdı və rəssamlar öz problemlərini daha sərbəst şəkildə dilə gətirirdilər. Mən başa düşdüm ki, eyni sənət adamlarından ibarət yığcam sənət dairəsindən irəli gələn yaradıcılıq ilhamı və yaradıcılıq mübadiləsinin yoxluğu, rəssamları müəyyən ümidsizliyə düçar edir. Belə ki, bəzi rəssamlar xaricə köçməyi düşünürlər. Digər səbəb isə budur ki, bir çoxları başa düşülmədiklərini hiss edir və öz əsərlərini yerli auditoriyaya nümayiş etdirməyə heç bir lüzum görmürlər: onsuz da heç kim başa düşməyəcək. Mənim üçün «başa düşülmək» və ya «başa düşülməmək» məsələsi təkrarlanan, son dərəcə emosional və aktual bir problemdir və bu, təkcə sənət aləmində baş vermir. Bu problem həm psixoloji, həm də sosioloji mövzularla bağlı saysız-hesabsız sualları ortaya qoyur: Axı niyə biz başa düşülmək istəyirik? Əgər özümüz-özümüzü başa düşürüksə, bu kifayət deyil? Həm də, axı niyə başqaları bizi başa düşməlidir? Bu, sosial-mədəni inteqrasiya, yoxsa sosial marginallaşma ilə bağlıdır? Bir gün, yaxın dostlarımdan biri, mənə oxşar «ümidsizlik» problemindən necə keçdiyini söylədi. «Mən nəhayət başa düşdüm ki, mən çox «qəliz» adamam və başqaları üçün məni başa düşmək çox çətindir. Bu baxımdan, mən, onların məni başa düşməsini tələb etmirəm. Heç kim məni başa düşməyə borclu deyil». Bəlkə də, məsələyə bu cür yanaşma, kiminsə daxili aləminin digərininki ilə qarşı-qarşıya qoyulmasından daha çox hər bir insanın qavrama və ya dərketmə qabiliyyətinin müstəsnalığını və unikallığını vurğulayır. Digər tərəfdən, belə yanaşma, şəffaf, qərəzsiz dialoq mühitinə rəvac verə və ən nəhayət, qarşılıqlı anlaşmanın ortaq məxrəcini təmin edə bilər...


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *