vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
OLAY  
18:10 | 7 yanvar 2014 | Çərşənbə axşamı Məqaləyə 2698 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

4 yanğının 3-də 50 faiz itki var

Tərtərdə bağça, Qubada ev, Cəlilabad və Bərdə isə ot tayası yandı

İnformasiya şöbəsi

MÖVZU İLƏ ƏLAQƏLİ

Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına əsasən, Bu gün ölkə ərazisində 4 yanğın hadisəsi baş verib.

Quba rayon mərkəzindən 20 km aralıda yerləşən Digah kəndində ikimərtəbəli, 8 otaqlı, 160 kv.m sahəsi olan evin 2-ci mərtəbəsi aynabəndi ilə birlikdə külə dönüb. Aşağı mərtəbədə isə 3 otağın giriş qapıları yanıb. Yanğınsöndürənlər evin qalan hissəsini xilas edə biliblər.
Cəlilabad rayon mərkəzindən 14 km aralıda yerləşən Alar kəndində həyətyanı sahəyə yığılmış 5 ton ot bağlamasının 2 tonu sıradan çıxıb. Yanğınsöndürənlər qalan 3 ton otu yanmaqdan qurtarıb.
Bərdə rayon mərkəzindən 15 km aralıda yerləşən Şatırlı kəndində də həyətyanı sahəyə yığılmış 6 ton ot bağlamasının 3 tonu yanmışdır. FHN-in yanğınsöndürənləri Bərdə yanğınsöndürənləri də 3 tonu yanmağa qoymayıb.
Tərtər rayon mərkəzindən 6 km aralıdakı Səhləbad kəndində Təhsil Nazirliyinə məxsus ümumi sahəsi 250 kv.m olan amma fəaliyyət göstərməyən birmərtəbəli uşaq bağçasında yanğın olub. 1 otaq 30 kv.m tamamilə yanıb. Yanğınsöndürən alovun digər otaqlara keçməsinə imkan verməyib.