vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
BANK, BİRJA, SIĞORTA  
18:17 | 25 may 2017 | Cümə axşamı Məqaləyə 2857 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Maraq olduqca aşağı səviyyədədir»

«Moody’s» beynəlxalq reytinq agentliyi Azərbaycan Beynəlxalq Bankı haqqında...

MÖVZU İLƏ ƏLAQƏLİ

«Azərbaycan hökumətinin problemli Beynəlxalq Bankla bağlı taktikanı dəyişməsi bizə sürpriz oldu». Bu sözləri «Moody’s» beynəlxalq reytinq agentliyinin vitse-prezidenti Petr Paklin mayın 25-da «Moody’s»ın Azərbaycanla bağlı illik toplantısında («Moody’s» Annual Azerbaijan Summit) deyib.

O, vurğulayıb ki, Azərbaycan Beynəlxalq Bankının xarici öhdəliklərinin restrukturizasiyası iqtisadiyyatın bərpasını zəiflədə bilər.

«Bank sektorunda manat likvidliyi çatışmazlığı mövcuddur. Bu isə kreditləşməni məhdudlaşdırır. Belə ki, dollarla kreditləşməyə maraq olduqca aşağı səviyyədədir», - deyə o bildirib.

Petr Pakhlin manatın devalvasiyası ilə bağlı siyasətin də düzgün olmamasına işarə vurub.

«Mərkəzi Bank milli valyutanın devalvasiyasını gecikdirmişdi. Ölkənin qonşuları, eləcə də əsas ticarət portnyorları bunu zamanında edə bildilər. Azərbaycan monetar siyasətin sərtləşdirilməsinə 2016-cı ilin payızında başlamışdı. Bu xeyli gecikmiş addım idi», o, vurğulayıb.

Gələcək iqtisadi göstəricilərlə bağlı gözləntilərə gəlincə, «Moody’s» təmsilçisi neftin qiymətlərinin önəmli olduğunu ifadə edib.

«Baha neft Azərbaycan iqtisadiyyatının bərpasına təkan verə bilər. Son hesablamalarımıza görə, gələn il Azərbaycan iqtisadiyyatı 1 faiz daha geriləyəcək. Ondan sonrakı ildə ümumi daxili məhsulun 1,8 faiz artacağını proqnoz edirik», deyən ekspert bundan ötrü neftin qiymətinin 50 dolların üstündə olmasının şərt olduğunu da ifadə edib.

Azərbaycan Beynəlxalq Bankı (ABB) bu günlər 3.3 milyard  dollar borcunun restrukturizasiyasından ötrü Nyu-Yorkda məhkəməyə müraciət edib. Onun öhdəlikləri dövlətə ötürülür. Restrukturizasiya kreditin və onun qaytarılma şərtinin dəyişdirilməsi deməkdir.

Verilən məlumata görə, ABB-nın sağlamlaşdırılması ilə bağlı dövlətin 10 milyard manat vəsaiti xərclənib.

Beynəlxalq Bankın İdarə heyətinin keçmiş sədri Cahangir Hacıyev mənimsəmə və qulluq səlahiyyətlərini aşmaqda ittiham edilərək 15 il həbs cəzası alıb. C.Hacıyev 2015-ci ildə həmin vəzifədən uzaqlaşdırılsa da, bankın ətrafında qalmaqallar bitməyib.

İki gün əvvəl, yanvarın 23-də isə xarici öhdəliklərin könüllü restrukturizasiyası ilə əlaqədar Londonda bankın xarici kreditorları ilə görüş keçirilib. Toplantıda bankın xarici borclarının restrukturizasiya planı təqdim olunub.

Belə variantlardan biri borcun 12 və ya 15 illik dövlət istiqrazları ilə əvəz edilməsidir. Üstəlik, 20 faiz borcun silinməsindən söhbət gedir.

ABB-nin kreditorlarının təklif edilən plandan narazı qaldığı bildirilir.