vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
DÜNYA  
18:41 | 25 may 2017 | Cümə axşamı Məqaləyə 1848 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Mövsümün açılışından bəri Everestdə 10 alpinist həyatını itirib

Tarix boyu bu zirvəsini fəth etməyə dörd mindən artıq insan çalışıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Axtarış qrupu Everest dağında qurulan çadırlardan birində dörd nəfərin cəsədini aşkarlayıb. Mövsümün açılışından bu yana Everestdə həyatını itirən insanların sayı on nəfərə çatıb. Xilasedicilər bazar günü həyatını itirən Slovakiyadan olan alpinistin axtarışı zamanı, çadırla rastlaşıblar.

Cəsədlər «ölü zona» adlanan və oksigen səviyyəsinin son dərəcə az olduğu bir yerdə aşkar olunub.

Yerli KİV-in məlumatına əsasən, çadırdakı cəsədlərin ikisi xarici alpinistə və ikisi isə bələdçilərə məxsusdur.

Bu ilin əvvəlində Everestdə avstraliyalı Francesco Marchetti, hindistanlı Ravi Khumar, eləcə də zirvəni fəth edən planetin ən yaşlı adamı titulunu qazanmaq istəyən 85 yaşlı Min Bahadur Sherchan həyatlarını itiriblər.

Aprelin axırında Everestdə tanınmış isveçrəli alpinist Ueli Stek də ölüb.

Bununla belə, Reuters xəbər agentliyinin məlumatlarına əsasən, mövsümün əvvəlindən Everestin zirvəsini cənub tərəfdən 382 və Tibet tərəfindən 120 alpinist uğurla fəth edib.

Ölüm hallarına görə rekord say 2015-ci ildə müşahidə olunub: 24 nəfər.

Everestin zirvəsini fəth etməyə cəhd edən dörd min insandan indiyədək 200-ü həyatını itirib.