vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
MEDİA-QHT  
18:22 | 7 yanvar 2014 | Çərşənbə axşamı Məqaləyə 3256 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

MN-dən KİV-ə tövsiyə

«Dövlət sirlərinə həssaslıqla yanaşaq»

İnformasiya şöbəsi

MÖVZU İLƏ ƏLAQƏLİ

Müdafiə Nazirliyi Azərbaycanın kütləvi informasiya vasitələrinə tövsiyə ünvanlayıb. Müdafiə Nazirliyinin saytı xəbər verir ki, Silahlı Qüvvələrdə kadr dəyişikliyi davam edir və bu barədə müxtəlif məlumatlar yayılır. Aparılan yerdəyişmələr rotasiya qaydasında «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin tələblərinə müvafiq olaraq həyata keçirilir və xidmətin səmərəliliyini artırmağa yönəlib.

Bununla yanaşı, Müdafiə Nazirliyi ölkənin kütləvi informasiya vasitələrinə müraciət edərək onlara bəzi tövsiyələr ünvanlayıb: «Müdafiə Nazirliyi Silahlı Qüvvələrdə aparılan islahatlar, struktur dəyişikliyi, vəzifəyə təyin edilmə, xidmət üzrə yerdəyişmə və irəli çəkilmələr barədə məlumatları yayarkən ictimaiyyət və kütləvi informasiya vasitələri nümayəndələrinə dövlət sirlərinin qorunmasına daha həssaslıqla və anlayışla yanaşmalarını tövsiyə edir».