vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 15 oktyabr 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 1.9729 AZN
Rusiya rublu 1 RUB = 0.0257 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2505 AZN
Türk lirəsi 1 TRY = 0.2879 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
PROBLEM, ŞİKAYƏT, NARAZILIQ  
14:36 | 26 may 2017 | Cümə Məqaləyə 1088 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Sürücüləri aldadırlar...»

Yanacaqdoldurma məntəqələrindən kütləvi şikayət

Gülşən RAUFQIZI

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanda fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrindən (YDM) daxil olan şikayətlər səngimək bilmir, sürücülər aldıqları yanacağın kəmiyyət və keyfiyyətinə şübhə ilə yanaşırlar. Bəzilərinin iddialarına görə, YDM-lərdə avtomobilin çəninə vurulan benzinin həcmi monitorda göstərildiyindən 1-2 litr az olur. Maraqlı məqam şikayətçilər arasında yeni alınmış avtomobil sahiblərinin də olmasıdır. Onlar bildirir ki, hətta yanacaqdoldurma məntəqəsində vurulan yanacaq həcmə uyğun gələn məsafəni qət etməyə imkan vermir...

Ekspertlər deyir ki, şəhər şəraitində hərəkətə görə avtomobil üçün əlavə 5-10 faiz yanacaq sərfi norma olaraq nəzərdə tutulur. Çünki, şəhərdə hərəkət intensivliyi, tıxaclarda dayanma, kəsişmələrdə, işıqforlarda ləngimələrə görə əlavə yanacaq sərf oluna bilər.

Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Modern.az-a deyib ki, yanacaq sərfinə benzinin keyfiyyəti də təsir göstərir:

«Hər gün yanacaqdoldurma məntəqlərindən şikayətlər alırıq. Əhali əsasən avtomobilin «forsunka»sının tez bir zamanda sıradan çıxmasından şikayətçidir. Problem hətta zəmanətlə götürülmüş yeni avtomobillərdə özünü biruzə verir. Servislərdə «forsunka»nın tez sıradan çıxmasının səbəbini benzində görürlər».


«Çənə benzin əvəzinə hava vururlar»


AİB rəsmisi eyni zamanda, yanacaq doldurarkən kəmiyyət və keyfiyyətdə aldadılma ilə bağlı narazılıqlar olduğunu qeyd edib:

«Çox təəssüflər olsun ki, bu sfera çox qeyri-şəffafdır. Yanacaqdoldurma məntəqlərinin heç birində ictimai nəzarət yoxdur. Yanacaqdoldurma məntəqələrində üzərində bölgü olan menzurka olmalıdır. Vətəndaş alacağı benzini birinci növbədə o qaba tökdürməlidir. Menzurka ilə benzin vurularkən onun həcmini açıq şəkildə görə biləcək. Məsələn, 70 qəpik verib bir litr benzin almaq istəyirsənsə, həmin menzurka ilə onun həcmini ölçə bilərsən. Amma təəssüf ki, heç bir məntəqədə menzurka qoyulmur. Uzun şlanqların içərisində qalan benzin avtomobilin çəninə yox, geri qayıdır. Bu səbəbdən də Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi menzurkanın açıq yerə qoyulmasına şərait yaratmalıdır».


«YDM-lərdə Azərbaycanda olmayan benzin satılıb»


E.Hüseynov bildirib ki, daha çox SOCAR, «Lukoyl»dan şifahi şikayətlər alır:

«Rövnəq Abdullayev bir müddət əvvəl açıqlamışdı ki, Azərbaycanda Aİ-95 markalı benzin istehsalı yoxdur. Amma həmin açıqlama verilən ərəfədə yanacaqdoldurma məntəqələrinin bəzilərində Aİ-95 markalı yerli benzin satılırdı. Bizə daxil olan şikayətlərdə benzinin oktanının yüksək göstərilməsi də yer alır. Etiraf etmək lazımdır ki, benzinə «solyarka» və su qarışdırılması erası bitib. Hazırda avtomobil çənlərinə benzin əvəzinə hava vurulması faktları var. Benzin nəzərdə tutulan təzyiqdən çox vurulanda hava da daxil olur. Bu da avtomobil motorlarının, «forsunka»ların tez sıradan çıxmasına gətirib çıxarır. Təəssüflər olsun ki, servislər motor və «forsunka»nın hansı səbəbdən sıradan çıxmasına dair rəsmi kağız vermir».

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsininmətbuat xidmətinin rəhbəri Fazil Talıblı isə Modern.az-a deyib ki, bu sahədən kütləvi şikayət almayıblar:

«Biz səlahiyyətimiz çatan bütün sahələrdə şəffaflığın təmin olunmasında maraqlıyıq. Məhz bu səbəbdən də yanacaqdoldurma məntəqələrindən cəmi 1 şikayət almışıq. Bu da yanacaqdoldurma məntəqəində avtomobilin çəninə vurulan benzinin həcmi ilə bağlı olub».


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *