vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
GÜNDƏM  
14:04 | 29 may 2017 | Bazar ertəsi Məqaləyə 1984 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Hamını satan heç kimə lazım deyil»

Vahe Avetyan: «Ermənistan xüsusi xidmət orqanları Vahan Martirosyanı aradan götürə bilər»

MÖVZU İLƏ ƏLAQƏLİ

Ukraynada siyasi qətllər adi hala çevrilib. Deputatlar həlak olanda (misal üçün, Kiyevin mərkəzində güllələnmiş RF Dövlət Dumasının deputatı Denis Voronenkov) artıq heç kim təəccüblənmir. Jurnalistləri, məmurları, vəkilləri öldürəndə təəccüblənmirlər. Çətin ki, Ermənistan xüsusi xidmət orqanları Ukraynada «Ermənistan və Azərbaycan arasında sülh naminə platforma»nın keçmiş iştirakçısı Vahan Martirosyanı öldürsələr, kimsə təəccüblənsin.

Erməni yazıçı, hüquq müdafiəçisi və ictimai fəalı «Facebook»dakı səhifəsində Vahan Martirosyanın Bakının təşəbbüsü ilə irəli sürülmüş sülh prosesinin yalan olmasını dediyi videonu şərh edərkən belə deyib. Avetyanın sözlərinə görə, erməni xüsusi xidmət orqanları Martirosyanı hələ İrəvanda «ələ keçirib» Bakıya göndəriblər və bununla onillərlə mənəvi, fiziki və digər mənalarda məhv etdikləri sülhməramlılara «alternativ» yaradıblar.

Avetyan deyir ki, Bakıya gələrkən tənhalığı üstün tutub və razı olmayıb ki, Martirosyan onunla birlikdə Xocalı şəhidlərinin abidəsi önünə getsin.

V.Avetyanın fikrincə, Martirosyan faktiki olaraq heç kimə lazım deyilsə (hamını sata bilən insanlar qiymətləndirilmir), onun aradan götürülməsini gözləmək olar. Hazırda yaşadığı Ukraynada bunu etmək o qədər də çətin deyil. Və bu işdə maraqlı tərəf Ermənistan olacaq.