vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
RƏY, REPLİKA  
15:53 | 29 may 2017 | Bazar ertəsi Məqaləyə 2718 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Dövlət QHT-lərə tərəfdaşı kimi baxır»

Prezidentin köməkçisi: «Beynəlxalq aləmdə kimin necə qiymət verməsindən asılı olmayaraq, biz özümüzü haqlı hesab edirik»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Azərbaycanda demokratik inkişaf modeli kiminsə xoşuna gəlmək üçün seçilməyib. Beynəlxalq aləmdə kimin buna necə qiymət verməsindən asılı olmayaraq, biz öz yolumuzla gedirik və özümüzü haqlı hesab edirik».

«Report»un xəbərinə görə, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov «Xəzər» televiziyasına müsahibəsində deyib.

Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan azad internet məkanına daxil olan dövlətdir: «Avropanın ən inkişaf etmiş dövlətlərindəki informasiya, siyasi və vətəndaş cəmiyyəti mühitini Azərbaycandakı mühitlə müqayisə edin, onda bütün məsələlər aydın görünəcək. Ölkədə yüzlərlə kütləvi informasiya vasitəsi kiminsə icazəsini almadan, müvafiq qanunvericiliyə uyğun təsis olunub, fəaliyyət göstərirlər. Azərbaycan kosmik dövlətlər sırasına qatılaraq, iki süni peykini buraxıb. Azərbaycanın informasiya texnologiyaları nəinki bölgənin, post-sovet məkanın, dünyanın ən yaxşı nümunələrindən birini yarada bilib».

Ə.Həsənov vurğulayıb ki, hökumət vətəndaş cəmiyyətinin, əhalinin bütün təşəbbüslərini dəstəkləyir: «Bu sahədə geniş meydan açılıb, üç mindən artıq qeyri-hökumət təşkilatı həm də dövlətin yardımı ilə fəaliyyət göstərir. Dövlət qeyri-hökumət təşkilatlarına özünün tərəfdaşı kimi baxır, demokratik cəmiyyət quruculuğu prosesi onlarla birlikdə həyata keçirilir. Azərbaycanda 50-dən çox siyasi partiya fəaliyyət göstərir. Bu partiyaların hər biri hakimiyyət uğrunda sivil mübarizədə iştirak etmək imkanlarına malikdirlər. Bütün bunların fonunda «Azərbaycanda demokratiya boğulur», «Azərbaycanda insan hüquqları sahəsində problemlər var» tipli fikirlər söyləmək fiksiyadır. Bu, Azərbaycana təzyiq göstərmək üçün əlavə bir vasitədir, bunun başqa əsası yoxdur. Azərbaycan öz yolu ilə gedir, bu yol Azərbaycan xalqının maraqlarına cavab verir, xalq da yürüdülən siyasəti dəstəkləyir. Bizim üçün də əsas təməl prinsipi budur».