vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
AMERİKA  
10:21 | 30 may 2017 | Çərşənbə axşamı Məqaləyə 1799 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Putin bizim üçün ən böyük sınaqdır»

Makkeyn: «Amerika seçkilərinin nəticələrinin dəyişdirilməsinə cəhd edən ruslar olub»

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ-ın nüfuzlu respublikaçı senatoru Con Makkeyn deyib ki, onun fikrincə, 2016-cı ildə ABŞ prezident seçkilərinə müdaxilə etməyə cəhd göstərmiş Rusiya hökumətinə rəhbərlik edən prezident Putin Birləşmiş Ştatlar üçün İŞİD-dan daha böyük sınaqdır.

Senator «İŞİD-in törətdiklərini dəhşətli» adlandırıb və bölgədə baş verənlərlə bağlı narahatlığını ifadə edib.

«Amma demokratiyanın ən ümdə əsasları-Amerika seçkilərinin nəticələrinin dəyişdirilməsinə cəhd edən ruslar olub», Makkeyn Avstraliyaya səfəri zamanı verdiyi müsahibədə deyib.

Makkeyn Rusiya hökumətinin Amerika seçkilərinin «nəticələrinin dəyişdirilməsinə» səy göstərdiyini bildirərək, Moskvanın Fransa seçkilərinə müdaxilə etdiyini də qeyd edib.

«Buna görə də mən Putini... mən rusları bizim üçün ən böyük sınaq hesab edirəm», senator Makkeyn bildirib.

Senatın Silahlı Qüvvələr komitəsinin sədri olan Makkeyn eyni zamanda, ABŞ administrasiyasını Rusiyanın müdaxiləsinə kifayət qədər reaksiya göstərmədiyinə görə tənqid edib.

«Biz seçkilərdən başlayaraq Vladimir Putinin bizim seçkilərin nəticələrini dəyişdirmək cəhdinə cavab vermək üçün heç bir şey etməmişik», o bildirib.

Makkeyn Rusiyanın müdaxiləsi ilə bağlı təhqiqat və prezident Trampın kürəkəni Cared Kuşnerin Rusiya rəsmilərilə gizli kommunikasiya xəttinin yaradılmasını təklif etdiyinə dair mediada verilən xəbərlərə də reaksiya verib. O, xəbərlərdə bildirildiyi kimi, Ağ Evin baş müşaviri olan Kuşnerin Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyakla dekabr ayında görüş zamanı belə təkliflə çıxış etməsinə mənfi münasibət göstərdiyini deyib.

Makkeyn bildirib ki, administrasiyada bəzi rəsmilər bunun standart prosedur olduğunu desə də, o belə düşünmür.

«Mən hesab etmirəm ki, bu, Birləşmiş Ştatlar prezidentinin inaqurasiyasından əvvəl hələ vəzifəyə təyin olunmayan kimsə tərəfindən adi bir prosedurdur», Makkeyn bildirib.