vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
GÜNDƏM  
12:55 | 31 may 2017 | Çərşənbə Məqaləyə 1195 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kapitan Xudinyanın ölümündəki sirr pərdəsi

Ermənistan Müdafiə Nazirliyi öz yalanının üstünü açdı

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistanda Müdafiə Nazirliyinin nəzdindəki hərbi qulluqçuların sığortalanması üzrə fondu idarə edən komissiya kapitan Qor Xudinyanın ailəsinə birdəfəlik 10 milyon dram (təqribən 20 min dollar) kompensasiyanın ödənilməsi, habelə onun ailəsinə 20 il ərzində ayda 300 min dram (təqribən 600 dollar) verilməsinə dair qərar çıxarıb. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, bu, təmas xəttində ölən və yaralanan erməni hərbçilərinin ailələrinə kompensasiyanın verilməsi üçün işləyən hər vətəndaşdan ayda 1000 dram tutulmaqla yaradılan fondun çıxardığı növbəti belə qərardır. Məlumatda deyilir ki, kapitan Qor Xudinyan bu il fevralın 23-də Azərbaycan ordusunun «həmləsini dəf edərkən» döyüşdə həlak olub.

Lakin Ermənistan Müdafiə Nazirliyi bu ilin fevralında Qor Xudinyanın ölümü ilə bağlı tamam fərqli versiya açıqlamışdı. Məlumatda üstəlik o, kapitan kimi yox, «müddətdən artıq xidmət keçən hərbi qulluqçu» kimi təqdim edilmişdi. Müdafiə Nazirliyi əvvəlcə bildirirdi ki, 1991-ci ildə anadan olmuş hərbi qulluqçu Xudinyan naməlum şəraitdə ölüb. Daha sonra hərbçinin ona təhkim olunmuş xidməti silahda «nasazlığın yaranması», yaxud «avtomatın lüləsində ilişib qalan patronun partlaması» nəticəsində aldığı qəlpə yarasından öldüyü açıqlandı.

Həmin vaxt Xudinyanın Azərbaycan ordusunun açdığı atəşlə öldürüldüyü gizlədilmişdi, çünki Ermənistan Müdafiə Nazirliyi döyüş itkilərini ya gizlədir, ya da bunların bir çoxunu «intihar», «silahla ehtiyatsız davranma»  kimi səbəblərlə rəsmiləşdirir. Üstəlik ölən hərbçilər zabitdirsə onların rütbələri göstərilmir, yaxud «müqavilə əsasında xidmət keçən hərbi qulluqçu» adı ilə təqdim olunur. Belə hallar əvvəllər dəfələrlə üzə çıxıb. Məsələn, ilin əvvəllərində Ağdərə istiqamətində erməni ordusunun mühəndis-istehkam qoşunlarının polkovnik-leytenantı Geqam Manukyan və baş leytenant rütbəli digər zabiti Azərbaycan ordusunun endirdiyi zərbə nəticəsində öldürüləndə Ermənistan Müdafiə Nazirliyi onların «müddətdən artıq xidmət keçən hərbi qulluqçular» olduğunu açıqlamışdı. Daha sonra isə Manukyanın ailəsinə kompensasiya veriləndə onun polkovnik-leytenant olduğu rəsmən təsdiqləndi.