vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
GÜLƏŞ  
15:36 | 31 may 2017 | Çərşənbə Məqaləyə 3404 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İdmançılardan humanist addım

İslam Oyunlarının qalibi pul mükafatını iki yerə xərcləyəcək

Məcid ƏMİROV

MÖVZU İLƏ ƏLAQƏLİ

IV İslam Həmrəyliyi Oyunları başa çatdı və mayın 23-də Bakıdakı «Boulevard Hotel»də baş tutan görüşdə, oyunlarda qalib gəlmiş idmançılar, onların məşqçiləri vəd olunan pul mükafatlarını aldılar.

İslam Oyunlarının qalibi Hacı Əliyev qazandığı pul mükafatını necə xərcləyəcəyi ilə bağlı Modern.az saytına danışıb:

«Qazandığım mükafatı 2 istiqamətdə istifadə etməyi düşünürəm. İlk olaraq, mükafatın bir hissəsini xeyriyyə məqsədilə xərcləyəcəm. Çünki İslam dinindən götürsək, qazandıqlarımızın faizi vardır. Bu baxımdan mən dedim-demədim, biz bu xeyriyyə işlərini görməliyik».

İkiqat dünya çempionu xeyriyyə ünvanını hələ dəqiqləşdirməyib: «İnşallah xeyriyyə işi gerçəkləşəcək. Lakin hansı ünvana üz tutacağımı qərarlaşdırmamışam. Bu yer «Uşaq evi», «Qocalar evi», yaxud başqa bir yer də ola bilər. Hələ ki bu barədə dəqiq deyə bilmərəm».

Hacı Əliyev pulun qalan hissəsini ailə ehtiyaclarına sərf edəcəyini deyib: «2-ci istiqamət ailəmlə bağlıdır. Yəqin bilirsinizz, əksər idmançılar kasıbçılıqdan gələn adamlardır. Mən də pulun digər hissəsini ailəm üçün istifadə etmək istəyirəm».

Qeyd edək ki, oyunlarda qızıl medal qazanan hər bir idmançıya 150 min manat pul mükafatı verilib.

Azərbaycan idmançıları oyunlarda 75 qızıl medal əldə edib. Bundan əlavə, idmançılarımız 50 gümüş və 37 bürünc medal qazanıblar.