vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
REGİON  
15:57 | 31 may 2017 | Çərşənbə Məqaləyə 1170 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ruhaninin prezidentliyi təsdiqləndi

Laricani də postunda qaldı

MÖVZU İLƏ ƏLAQƏLİ

İranda Konstitusiyaya Nəzarət Şurası ölkədə keçirilmiş prezident seçkilərinin son nəticələrini təsdiqləyib. Bu barədə İran Daxili İşlər Nazirliyinin sözçüsü Salman Samani mayın 30-da jurnalistlərə açıqlamasında xəbər verib.

Salman Samani bildirib ki, Konstitusiyaya Nəzarət Şurası, Daxili İşlər Nazirliyinə məktub göndərərək 12-ci prezident seçkilərinin son nəticələrini təsdiqlədiklərini bildiriblər: «Məktubda Konstitusiyaya Nəzarət Şurasının rəhbəri prezident seçkiləri qanununun 79-cu bəndini əsas tutaraq seçkilərin son nəticələrini təsdiqlədiyini bildirib.

Şuranın rəhbəri öz məktubunda həmçinin istər seçkilərdən əvvəl, istərsə də seçkilərdən sonra baş vermiş bəzi qanun pozuntuları ilə bağlı daxil olan şikayətlərə baxıldığını və bəzi şikayətlərin Məhkəmə Sistemi orqanlarına göndərildiyini də bəyan edib».

Mayın 19-da İranda 12-ci prezident seçkiləri keçirilib.  Seçkilərdə dörd namizəd, Həsən Ruhani, İbrahim Rəisi, Mustafa Mirsəlim və Mustafa Haşimi Təba bir-biri ilə rəqabət aparıb. Əsas rəqabət isə, iki namizəd arasında, yəni islahatçıların dəstəklədiyi Həsən Ruhani və dini lider Əli Xamneyinin yaxın adamı kimi tanınan məşhur cəllad axund İbrahim Rəisi arasında aparılıb.

Seçkilərdə Həsən Ruhani səslərin 57 faizini qazanıb və ikinci dəfə olaraq yenidən 4 il müddətinə prezident seçilib. O,  sandıqlara salınan 41 milyon 22 min 131 səsdən, 23 milyon 549 min 16 səs toplayaraq seçkilərin qalibi olub. 

Ruhaninin əsas rəqibi olan İbrahim Rəisi isə15 milyon 786 min 449 səslə ikinci, Mustafa Mirsəlim 478 min 215 səslə üçüncü, Mustafa Haşimi Təba isə 219 min 450 səslə dördüncü yeri tutub.


***


Əli Laricani də səsvermə yolu ilə yenidən İran parlamentinin sədri vəzifəsinə seçilib. Mayın 31-də keçirilən səsverməyə 268 deputat qatılıb.

İran mətbuatının yaydığı məlumata görə, bu gün keçirilən səsvermədə Laricani 204 səs toplayaraq yenidən daha 1 il müddətinə İslami Şura Məclisinə sədr seçilib. O, parlament sədrliyinə yeganə namizəd olub. 

Həmin gün həmçinin İran parlamentinin rəyasət heyətinin üzvlərinin təyin edilməsi üçün də səsvermə keçirilib. Səsvermədə təbrizli deputat Məsud Pezeşkiyan 179 səs toplayaraq parlament sədrinin birinci müavini, deputat Əli Mütəhhəri isə lehinə verilən 173 səslə Laricaninin ikinci müavini vəzifəsinə seçilib.

Qeyd edək ki, 2008-ci ildən İran parlamentinin sədri vəzifəsində çalışan və hakimiyyətin mühafizəkarlar qanadından olan Əli Laricani, keçmişdə müxtəlif vəzifələrdə, o cümlədən də Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri, Qərblə nüvə danışıqları aparan nümayəndə heyətinin başqanı, Dövlət Radio-Televiziyası Təşkilatının rəisi və digər vəzifələrdə çalışıb.