vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Uca Türk, sənin üçün yüksəkliyin hüdudu yoxdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
BÖHRAN  
00:56 | 1 iyun 2017 | Cümə axşamı Məqaləyə 1864 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Terrorçular razılaşıb»

Lavrov: «Məlumat etibarlı mənbələrə söykənir»

MÖVZU İLƏ ƏLAQƏLİ

YPG (PKK terror təşkilatının Suriya qolu olan PYD-nin silahlı qanadı – red.) İŞİD terror təşkilatı ilə Rakka mövzusunda razılaşıb. Rusiya mediası xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Sergey Lavrov deyib.

Onun sözlərinə görə, razılaşmaya əsasən, İŞİD terrorçularının Rakkadan çıxmaları üçün dəhliz açılıb.

«Müdafiə Nazirliyimiz İŞİD-ə Rakkadan çıxmaq üçün dəhliz yaradılması barədə razılaşmanın olduğunu təsdiqləyir.

Bu məlumat etibarlı mənbələrə söykənir. Bundan başqa, məlumatın yayıldığı vaxt İŞİD döyüşçüləri Rakkanı tərk edərək Palmira istiqamətində irəlilədilər. Rusiya ordusu İŞİD kolonunu vurdu və buna görə də Palmiraya çatmadılar», - Rusiya xarici siyasət idarəsinin başçısı bildirib.

Lavrov Rusiya hava qüvvələrinin İŞİD-in hərəkətlərini daim izlədiyini və harada olmasından asılı olmayaraq vurulacağını bildirib.