vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 22 yanvar 2018
ABŞ dolları 1 USD = 1.7001 AZN
Avro 1 EUR = 2.0849 AZN
Rusiya rublu 1 RUB = 0.0301 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.3661 AZN
Türk lirəsi 1 TRY = 0.4512 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
ENERGETİKA  
14:55 | 31 may 2017 | Çərşənbə Məqaləyə 381 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

TANAP yanvarda sınanacaq

Bunun üçün 1-2 milyard kubmetr qaz lazım olacaq

MÖVZU İLƏ ƏLAQƏLİ

2018-ci ilin yanvar ayında Azərbaycan qazının Türkiyəyə və buradan da Avropaya nəqlini nəzərdə tutan Trans-Anadolu Boru Kəmərində (TANAP) qazla sınaq işlərinə başlanacaq.

«Report» xəbər verir ki, bunu Bakıda jurnalistlərə açıqlamasında «SOCAR Turkey Enerji A.Ş.»nin baş direktoru Zaur Qəhrəmanov bildirib.

«Aprel ayının sonuna TANAP-ın tikintisinin 72,4 faizi başa çatıb. Layihə üzrə işlər qrafikə uyğun davam etdirilir. Gələn ilin yanvar ayında boru kəmərində qazla ilk sınaqlara başlanacaq. Gələn ilin ortalarına isə TANAP istismara hazır olacaq», - deyə Z.Qəhrəmanov qeyd edib.

Onun sözlərinə görə, hazırda sınaq mərhələsində hansı qazın istifadə olunması məsələsi müzakirə olunur: «Böyük ehtimalla bu, «Şahdəniz» qazı olmayacaq. Boru kəmərinin sınaq işləri üçün təxminən 1-2 milyard kubmetr qaz lazım olacaq».

Qeyd edək ki, TANAP Türkiyənin təbii qaz ehtiyacının təxminən 12 faizini təkbaşına təmin edəcək. TANAP-ın Əskişəhərə qədər uzanan hissəsinin 2018-ci ilin iyun ayının sonunda tamamlanması hədəflənir.

Xatırladaq ki, TANAP Azərbaycanın Xəzər dənizindəki «Şahdəniz» yatağının ikinci mərhələsinin işlənməsi çərçivəsində hasil olunacaq qazın Türkiyəyə, buradan isə Avropaya nəqlini nəzərdə tutan boru kəməridir. Cənub Qaz Dəhlizi layihəsinin bir qolu olan TANAP Türkiyə ərazisində inşa olunur. Kəmər Türkiyə-Yunanıstan sərhədindən Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik Boru Kəməri (TAP) ilə birləşəcək.

2015-ci il martın 17-də Türkiyənin Qars şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə TANAP-ın təməli qoyulub. 2018-ci ildə istifadəyə verilməsi planlaşdırılan boru kəmərinin ilkin buraxılış gücü ildə 16 milyard kubmetr olacaq. Bu həcmin təxminən 6 milyard kubmetri Türkiyəyə, qalanı isə Avropaya nəql ediləcək. TANAP kəmərinin Türkiyədə Əskişəhər və Trakyada iki çıxış nöqtəsi olacaq. Türkiyədə qazın satışını «BOTAŞ» şirkəti həyata keçirəcək. Boru kəmərinin ümumi uzunluğu 1 850 km-dir. Kəmərin 19 km-lik hissəsi Mərmərə dənizindən keçəcək.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *