vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
ENERGETİKA  
20:50 | 31 may 2017 | Çərşənbə Məqaləyə 706 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Cənub Qaz Dəhlizi» niyə gecikir?

ABŞ rəsmiləri Avropa ölkələrində danışıqlar aparır

MÖVZU İLƏ ƏLAQƏLİ

«Hazırda ABŞ hökuməti «Cənub Qaz Dəhlizi» layihəsi ilə bağlı yaranan hər hansı problemlə bağlı danışıqlar aparır».

Modern.az-ın xəbərinə görə, bunu ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini Robin Danniqan «Cənub Qaz Dəhlizi» layihəsində, xüsusilə TAP marşrutunun reallaşmasında yaranmış gecikmələrə münasibət bildirərkən belə deyib.

Onun sözlərinə görə, «Cənub Qaz Dəhlizi» kimi bir çox ölkələrin ərazisindən keçən layihələrdə açıq dialoqun olması vacibdir.

Danniqan bildirib ki, hazırda ABŞ hökuməti «Cənub Qaz Dəhlizi» layihəsi ilə bağlı yaranan ər hansı problemlə bağlı danışıqlar aparır.

«ABŞ hökuməti olaraq biz müvafiq Azərbaycandakı səfirimiz də daxil olmaqla, başqa ölkələrdəki səfirlərimiz, eyni zamanda federal hökumət səviyyəsində bu məsələnin dialoq yolu ilə həlli istiqamətində danışıqlar aparırıq.

Hesab edirik ki, bu layihə həm Avropa, həm də qlobal bazarda şaxələnməyə, yeni iş yerlərinin açılmasına xidmət edəcək».