vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
PARTİYALAR  
13:21 | 8 yanvar 2014 | Çərşənbə Məqaləyə 2131 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ACP-dən MŞ-ya şərt

«Təşkilat Komitəsi yaradılıb, qurultay keçirməliyik»

APA

MÖVZU İLƏ ƏLAQƏLİ

«Milli Şuranın yeni mərhələdə məqsədi, vəzifəsi, strategiya, taktika və idarəçiliyi necə olacaq? Partiyamızın Milli Şurada qalıb-qalmaması bu suallara cavabdan asılı olacaq».

Bunu APA-ya açıqlamasında Açıq Cəmiyyət Partiyasının sədri, Milli Şuranın üzvü Sülhəddin Əkbər söyləyib.
S.Əkbər deyib ki, Milli Şuranın yeni mərhələdə aydın məqsədi, vəzifəsi, strategiya və taktikası, idarəçiliyi olmasa, bu qurumda qalmağın mənası yoxdur: «Onsuz da qarşıda görüləcək işimiz çoxdur, Açıq Cəmiyyət Partiyası buraxılıb, Azad Demokratlar Partiyasının təsis edilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılıb, qurultay keçirməliyik».
Milli Şuranın sessiyasının çağırılmasının təklif edildiyini bildirən S.Əkbər hesab edir ki, öncə Milli Şurada təmsil olunan siyasi və ictimai qurumlar, üzvlər arasında intensiv müzakirə aparılmalı, Müsavat Partiyasının Milli Şuradan çıxmasından sonra yaranmış böhrandan çıxış yolları tapılmalıdır: «Ortaq fikrə gəlmədən, çıxış yolları tapmadan Milli Şuranın sessiyasının keçirilməsinin anlamı yoxdur. Mən dünən Milli Şuranın sədri Cəmil Həsənli və «El» Hərəkatının sədri Eldar Namazovla görüşdə də bu mövqedən çıxış etdim».