vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
DÜNYA  
23:03 | 1 iyun 2017 | Cümə axşamı Məqaləyə 3500 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«İmtahan fırıldaqçıları» ilə orijinal mübarizə

Efiopiyada internet bloklanılıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Efiopiyada bütün ölkə üzrə internetə çıxış bloklanıb. Məqsəd dövlət imtahanı suallarının kənara sızmasının qarşısını almaqdır, hökümət sözçüsü Məhəmməd Seid «Reuters» agentliyinə bildirib.

Onun sözlərinə görə, bu addım «keçən illər müşahidə edilmiş sızmaların qarşısını almaq üçün» atılıb.

2016-ci ildə dövlət qəbul imtahanlarının sualları internetdə yayıldığına görə, ölkənin sosial media şəbəkələrinə çıxış qapadılmışdı.

Lakin bəziləri bu cür izahatları sual altına alır.

Efiopiyada dövlət imtahanlarının keçirilməsi kampaniyası iyunun 8-də başa çatacaq.

Məhəmməd Seidin sözlərinə görə bloklanan yalnız sosial media saytlarıdır.

Lakin Efiopiyadakı mənbələr BBC-ə bildiriblər ki, internetin bloklanması daha geniş miqyas alıb - mobil telefon xətləri və birbaşa internet bağlantılarda da internetə çıxış mümkünsüz olub.

Oktyabr ayında hökümət əleyhinə etirazlar başlayandan bəri Efiopiyada fövqəladə vəziyyət rejimi davam etməkdədir.

Bir neçə həftə bundan əvvəl də mobil rabitə vasitələrinin internetə çıxışında kəsilmələr müşahidə olunmuşdu.

Çümə axşamı günü, BBC, Efiopiyada hökümətə məxsus vebsayta girə bilməyib. Eləcə də ölkədə rabitə xidmətlərinin yeganə provayderi olan Ethio Telecom şirkətinin saytına daxil olmaq mümkünsüz olub.

«Google»dan əldə olunan məlumata əsasən, çərşənbənin günortasından başlayaraq Efiopiyanın «Google» xidmətlərinə aid internet trafikində ciddi azalma müşahidə olunub.