vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
ENERGETİKA  
10:47 | 2 iyun 2017 | Cümə Məqaləyə 1987 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

30 ölkədən 300-dək şirkətin iştirak etdiyi sərgi

Bu, regionda enerji sahəsindəki mövcud siyasətin müzakirəsi baxımından da vacib hesab edilir

Şəbnəm MEHDIZADƏ, kaspi.az

MÖVZU İLƏ ƏLAQƏLİ

Mayın 31-də 24-cü Beynəlxalq «Xəzər Neft və Qaz-2017» sərgi və konfransı işə başlayıb. Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva Bakı Sərgi Mərkəzində XXIV Beynəlxalq «Xəzər Neft və Qaz-2017» sərgi və konfransının, həmçinin VII Xəzər Beynəlxalq energetika və alternativ enerji sərgisinin açılışında iştirak ediblər. Sərginin açılışı münasibətilə hər kəsi təbrik edən dövlət başçısı öz çıxışında qeyd edib ki, belə bir sərginin Azərbaycanda keçirilməsi çox əlamətdar bir hadisədir: «Ölkəmizdə XXIV sərgi keçirilir, bu, özlüyündə bir göstəricidir. Bu, onu göstərir ki, Azərbaycan dünyada neft-qaz hasil edən, bazarlara ixrac edən etibarlı tərəfdaş kimi tanınır. Sərgiyə maraq azalmır, əksinə artır. İndi qeyd olundu ki, bu sərgidə 300-ə yaxın şirkət iştirak edir. Qəti əminəm ki, builki sərgi də uğurlu olacaqdır».

Qeyd edək ki, Xəzəryanı regionda energetika sektorunun ən əhəmiyyətli tədbiri olan XXIV Beynəlxalq «Xəzər Neft və Qaz-2017» sərgisi Azərbaycanın Energetika Nazirliyinin və Dövlət Neft Şirkətinin - SOCAR-ın dəstəyi, «ITECA Caspian» və «ITE Group» şirkətlərinin təşkilatçılığı ilə keçirilir. Bu il sərgidə dünyanın 30 ölkəsini təmsil edən 300-dək şirkət iştirak edir. Onların arasında Azərbaycan, ABŞ, Belarus, Belçika, İspaniya, İtaliya, Qazaxıstan, Çin, Niderland Krallığı, Polşa, Yaponiya və digər ölkələr var. İtaliya sərgidə öz milli pavilyonu ilə iştirak edir. İştirakçıların ümumi sayının 15 faizini təşkil edən debütantlar arasında ABŞ, Böyük Britaniya, Rumıniya və digər ölkələri təmsil edən şirkətlər yer alıb.


Azərbaycan və Avropa Birliyi Cənub Qaz Dəhlizinin reallaşmasında ortaq mövqe göstərirlər


İqtisadçı-ekspert Vüqar Bayramovdansərginin əhəmiyyəti haqda soruşduq. O, bildirdi ki, neft və qaz sərgisinə texniki tədbir kimi yanaşılmasının düzgün  deyil: «Sərgi şirkətlərə və eyni zamanda, sahibkarlara öz məhsullarını nümayiş etdirmək, həmçinin, yeni müqavilələr əldə etmək imkanları yaradır. Ekspert və rəsmilərin iştirakı ilə keçirilən bu sərgilərdə müzakirələrə də geniş şərait  yaradılır. Platforma təşkilatçı və sahibkarlar arasında,  bütövlükdə regionda enerji sahəsindəki mövcud siyasətin müzakirəsi baxımından vacib hesab edilir. Düşünürəm ki, sərgiyə həm də siyasi və strateji baxımdan yanaşmaq lazımdır. Azərbaycanla aparıcı dövlətlərin, eləcə də aparıcı şirkətlərin münasibətlərinin inkişaf etdirilməsi və əməkdaşlığın gücləndirilməsi aspektindən də vacib amildir. Nəzərə almaq lazımdır ki, ABŞ nümayəndə heyəti və ABŞ prezidentinin sərgi ilə bağlı məktubu Birləşmiş Ştatların mövqeyi kimi, sərgi vasitəsi ilə Azərbaycana təqdim olundu. Eləcə də, Avropanı təmsil edən rəsmilər də Cənub Qaz Dəhlizi və digər layihələrdə strateji təşəbbüsün ələ alınması fonunda layihələrə dəstək nümayiş etdirirlər. Bu, Azərbaycanın öz öhdəliklərinə sadiqliyi və Avropa Birliyinin enerji təhlükəsizliyinin formalaşmasındakı rolunun və mövqeyinin qorunub saxlanılması baxımından mövqeyini təqdim etdi. Strateji münasibətlərin inkişaf etdirilməsi bizim üçün yeni imkanlar yaradır. Sərginin iqtisadiyyat və texniki tərəfləri ilə yanaşı, əsas üstünlük və səmərəliliyi ondan ibarətdir ki, siyasi münasibətlərin müzakirəsi və əlaqələrin genişlənməsi baxımından vacib bir təşəbbüsdür. Düşünürəm ki, tədbir sahibkarlara və şirkətlərə öz imkanlarını və xidmətlərini təqdim etməklə yanaşı, Azərbaycan və region ölkələrinin aparıcı dövlətlərlə münasibətlərinin yaxşılaşdırılması və strateji əməkdaşlığın inkişafı baxımından vacib hesab edilməlidir».

V.Bayramov qeyd etdi ki, sərgidə Azərbaycanın  Avropanın enerji təhlükəsizliyinin formalaşması baxımından yeni alternativ mənbə kimi bildirilməsi də, platformanın əhəmiyyətindən xəbər verir: « Tərəflər Azərbaycanın təşəbbüsü ilə reallaşan Cənub Qaz Dəhlizinin inkişaf etdirilməsi və zamanında, yəni 2018-ci ildə Türkiyəyə, 2020-ci ildə Avropaya Azərbaycanın mavi qazının çatdırılmasını dəstəkləyir. Düzdür,  qazın inşası ilə bağlı müəyyən problemlər var idi. Lakin sərgi  bir daha onu sübut etdi ki, bu problemlər Avropa Birliyinin ümumi siyasəti deyil. Prezidentin də qeyd etdiyi kimi, Cənub Qaz Dəhlizinin reallaşmasına qarşı olan qüvvələr, xüsusən də maliyyə dəstəyinin həyata keçirilməsinə dair kampaniya var idi. Amma Azərbaycan və Avropa Birliyi Cənub Qaz dəhlizinin reallaşmasında ortaq mövqe göstərirlər. Sərgidə də bu mövqe bir daha nümayiş etdirildi. Avropa, ABŞ faktiki olaraq Cənub Qaz Dəhlizinin reallaşması ilə bağlı səylərini və təşəbbüslərini dəstəkləyir və Qərb Azərbaycana Avropanın enerji təhlükəsizliyinin formalaşmasında alternativ mənbə kimi baxır».


Ölkələr arasında ticarət dövriyyəsinin artması baxımından da əhəmiyyətlidir


Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyir ki, neft-qaz sərgisi elə bir platformadır ki, enerji sahəsində ixtisaslaşan hasilatçı dövlətlər və  xidmət göstərən şirkətlər burada toplaşaraq, öz gələcək planlarını, görülən işləri müzakirə edirlər: «Bu sərgi hər il keçirilir Bunun əsasında iş birlikləri planlarına baxılır. Digər tərəfdən, Şahdəniz-2 layihəsi çərçivəsində platformanın dənizə yola salınması mərasimi keçirildi. Bu kimi hadisələr sərgidə geniş işıqlandırılır və ictimaiyyətə təqdim olunur. Türkmənistan, Qazaxıstan, İran, Rusiya, ümumiyyətlə, bütün Xəzəryanı ölkələr burada iştirakçıdırlar. Həmçinin digər 25 ölkə də bu platformada təmsil olunur. Maraqlı odur ki, hər bir şirkət neft-qaz sahəsindən bir şey qazanmağa çalışır. Sərgi həm də ölkələr arasındakı ticarət dövriyyəsinin artması baxımından da əhəmiyyət kəsb edir».