vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
REGİON  
01:39 | 2 iyun 2017 | Cümə Məqaləyə 2046 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ruhani avqustda and içəcək

Mərasimdən sonra yeni hökumətin üzvləri siyahısı parlamentə göndəriləcək

MÖVZU İLƏ ƏLAQƏLİ

Mayın 19-da ikinci dəfə İran prezidenti seçilən Həsən Ruhaninin andiçmə mərasimi avqust ayında keçiriləcək.

Bu barədə açıqlama verən İran parlamentinin rəyasət heyətinin üzvü Əhməd Əmirəbadi deyib. O bildirib ki, andiçmə mərasimi İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneyinin H.Ruhanini prezident kimi təsdiq etməsindən 5 gün sonra keçiriləcək.

Andiçmə mərasimindən sonra H.Ruhani 2 həftə müddətində parlamentə yeni hökumətin üzvlərini (nazirləri) təqdim etməlidir. Parlament isə 1 həftə ərzində yeni hökumətin yeni nazirlərinin proqramlarını dinləyib və qiymətləndirib təsdiq etməlidir. Parlamentin təsdiq etmədiyi nazir hökumət üzvü ola bilməyəcək. Onda Prezident həmin naziri dəyişmək məcburiyyətində qalacaq.

Xatırladaq ki, mayın 19-da İranda keçirilmiş prezident seçkilərində Həsən Ruhani seçkidə iştirak etmiş 44 milyon 220 min 131 seçicinin 23 milyon 549 min 616-nın səsini qazanaraq ikinci müddətə İranın prezidenti seçilib.