vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
GÜNDƏM  
16:26 | 2 iyun 2017 | Cümə Məqaləyə 2583 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Vətənində girov olan qəhrəmanlar...

Dilqəm və Şahbaz Şuşadan ayrı yaşaya biləcəkmi?

Gülşən RAUFQIZI

MÖVZU İLƏ ƏLAQƏLİ

Həmvətənlərimiz Dilqəm Əsgərov və Şahbaz Quliyevin ermənilər tərəfindən girov götürülməsinin 3 ili tamamlanmaq üzrədir. Onların geri qaytarılması ilə bağlı aparılan danışıqlar, beynəlxalq təşkilatlara edilən müraciətlər hələ də cavabsızdır. İşin ən acı və insana toxunan tərəfi isə Dilqəmlə Şahbazın öz vətənlərində girov olmasıdır...

Düz 3 il əvvəl, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. İşğal altındakı Dağlıq Qarabağda həmvətənlərimiz üzərində qurulan «məhkəmə»nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib. Həmvətənlərimiz bu qərarla təkcə azadlıqdan yox, elə həyatdan da məhrum ediliblər...

Axı 1960-cı il təvəllüdlü, 57 yaşlı Dilqəm Əsgərovun erməni əsarətində baş qaldıran xəstəliklərinin ona nə qədər yaşamaq imkanı verəcəyi məchuldur. 

1968-ci il təvəllüdlü, 49 yaşlı Şahbaz Quliyevin daha 19 il erməni zülmünə dözəcəyinə isə heç kim təminat vermir... Zaman hər şeyə çarədir deyirlər. Amma zaman keçdikcə, Dilqəm və Şahbaz sanki bizdən daha da uzaqlaşır...

Beynəlxalq Qırmızı Xaç Komitəsinin hər ay açıqladığı «Giovlara növbəti başçəkmə baş tutub. Onlara ailələrindən məlumatlar çatdırılıb. Ailələrinə çatdırılması üçün də məlumatlar götürülüb» məlumatlarına da doymuşuq! Zaman pafoslu açıqlamaları da kəsərdən salıb...

Bəlkə də onları bizdən uzaqlaşdıran zaman Dilqəm və Şahbazı 3ilin girovuna yox, tarixin Vətəndə yaşayan qəhrəmanına çevirir! Axı 25 ildir əsarətdə olan torpaqlara həsrətli, niskilli dəfn etdiyimiz yüzlərlə qarabağlının nail ola bilmədiyinə onlar nail olur. Zindanda, əsarətdə, zülm altında olsalar da, Şuşanın havasını udurlar. Amma zaman keçdikcə, onların Şuşadan ayrı yaşamağına da ümidlər azalır.

Elə girovların ailələri də onların geri qaytarılacağına ümid bağlamır artıq...

Ş.Quliyevin qardaşı İlham Quliyev Modern.az-a ondan sonuncu dəfə 15-20 gün əvvəl məlumat aldığını deyir:

«Məktub yazmışdı. Guya o, məktubda nə yazır ki, «Salam, yaxşıyam. Hamıya salam deyin. Sağ olun». Nə səhhəti, nə saxlanma şəraitilə bağlı heç nə qeyd etmir. Bundan artığını yazmır, ya da yazmağa icazə vermirlər. Bir sözlə, yenilik yoxdur.  O vaxtdan sonra isə heç bir məlumat almamışıq».

İ.Quliyev girovların unudulduğundan gileylənir:

«Məndə olan məlumata görə, Dilqəm və Şahbaz Şuşa türməsində ayrı-ayrı kameralarda saxlanılırlar. Mən belə başa düşürəm ki, onları yada salan yoxdur, tam unudulublar. Yenə az-çox mətbuat nəsə yazır. Onları da eşidən yoxdur».

Dilqəm Əsəgərovun oğlu Kürdoğlu Əsgərov da Modern.az-a atası ilə bağlı hər hansı yeni informasiya ala bilmədiyini bildirir:

«Qırmızı Xaç Komitəsinə də müraciət etdik. Atam xəstə olduğunu, gün ərzində ermənilərin çox sayda iynə vurduğunu yazmışdı. Komitə də anacaq deyir ki, mandata uyğun baş çəkir. Əlimizdən gələn heç nə yoxdur, səsimiz heç yerə çatmır».