vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 23 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
CƏMİYYƏT  
16:30 | 2 iyun 2017 | Cümə Məqaləyə 2526 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

24 illik dəftər qapandı?

Fatma Abdullazadənin müavini də vəzifədən azad edilib

Namidə BİNGÖL

MÖVZU İLƏ ƏLAQƏLİ

Ötən gün Prezident Administrasiyasında aparılan kadr islahatları nəticəsində uzun illərdir Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə vəzifəsindən azad olunub.

Prezident Administrasiyasının yeni strukturunda Humanitar siyasət məsələləri şöbəsinin müdiri vəzifəsi hələ ki boşdur.

Modern.az saytı Fatma Abdullazadənin müavini Məhərrəm Əhmədovla əlaqə saxlamağa çalışıb.

Humanitar siyasət məsələləri şöbəsindən verilən məlumata görə, artıq Fatma Abdullazadənin komandası iş başında deyil.

«Prezidentin sərəncamına əsasən, Fatma Abdullazadə Humanitar siyasət məsələləri şöbəsinin müdiri vəzifəsindən azad olunub. Fatma Abdullazadənin müavini Məhərrəm Əhmədov da işdən çıxarılıb. Hazırda onlar burda oturmur».

Fatma Abdullazadə 1993-dən Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri vəzifəsini tuturdu.