vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
ENERGETİKA  
16:38 | 2 iyun 2017 | Cümə Məqaləyə 2663 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kiyev Kreml asılılığını azaldır

Ukrayna 2035-ci ilə qədər Rusiyadan qaz almayacaq

MÖVZU İLƏ ƏLAQƏLİ

Ukrayna 2035-ci ilə qədər Rusiyanın «Qazprom» şirkətindən qaz almağı planlaşdırmadığını bildirib. «Kommersant» qəzeti xəbər verir ki, müvafiq qərar Ukrayna Energetika Nazirliyinin 2035-ci ilə qədər ölkənin energetika strategiyasi layihəsində yer alıb. Layihədə Ukraynanın Rusiya qazından asılılığını tam aradan qaldırılması barədə qeyd olunub.

Xatırladaq ki, Ukrayna 2015-ci ildən Rusiya qazını almaqdan imtina edib və qaz alışını Avropadan təmin etməyə başlayıb. Yeni energetika strategiyasında Ukraynanın həmçinin 2019-cu ildən Rusiya qazının tranzitini dayandırması imkanları da yer alıb. Bununla yanaşı, Ukrayna öz qaz hasilatını 2035-ci ilə qədər ildə 30-35 milyard kubmetrə çatdırmağı planlaşdırır. Hazırda Ukraynada qaz hasilatı ildə 15 milyard kubmetr təşkil edir.