vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 25 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
CƏMİYYƏT  
23:19 | 2 iyun 2017 | Cümə Məqaləyə 2274 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

62 dövlətə vizasız səfər etmək imkanı

Azərbaycan 74-cü yerdədir

MÖVZU İLƏ ƏLAQƏLİ

«Henley & Partners» («Henli və tərəfdarları») şirkətinin viza məhdidiyyəti indeksləşdirilməsinə əsasən, Azərbaycan 74-cü yerdədir. «Report» «henleyglobal.com»a istinadən xəbər verir ki, indeksləşdirmə BMT-yə üzv 193 ölkə arasında aparılıb.

Ümumiyyətlə, Azərbaycan vətəndaşları 62 dövlətə vizasız səfər edə bilərlər.

Məlumata görə, birinci yerdə Almnaniyadır. Bu ölkə vətəndaşlarının 176 dövlətə vizasız səyahət etmək imkanı var. İkinci yerdə İsveç (175 ölkəyə vizasız səyahət), üçüncü yerdə 174 dövlətə vizasız səyahət etmək imkanı ilə Danimarka, İspaniya, İtaliya, Finlandiya və ABŞ gəlir.

Sonuncu üç yeri Pakistan (28 ölkəyə vizasız səyahət), İraq (27), Əfqanıstan (24) tutur.

Qeyd edək ki, Ermənistan bu siyahıda 78-ci yerdədir və vətəndaşlarının 58 ölkəyə vizasız səfər etmək imkanı var.