vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
AMERİKA  
10:26 | 3 iyun 2017 | Şənbə Məqaləyə 2529 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Ayətullah Mayk» İrana qarşı

ABŞ kəşfiyyatı əməliyyata başladı

MÖVZU İLƏ ƏLAQƏLİ

Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) İrandakı əməliyyatları ilə Maykl d’Andrea məşğul olacaq. Virtualaz.org «The New York Times» nəşrinə istinadən xəbər verir ki, bu şəxs daha çox «ayətullah Mayk» və «Qara şahzadə» ləqəbləri ilə məşhurdur.

Məhz d’Andrea «Əl-Kaida»nın keçmiş lideri Üsamə ben Ladenin qətli üzrə əməliyyata nəzarəti həyata keçirirdi. Mənbənin bildirdiyinə görə, bu təyinat onu göstərə bilər ki, Tramp Tehrana qarşı daha mürtəce yanaşmanı seçib.

«O, olduqca aqressiv proqramı həyata keçirə və bunu çox ağıllı şəkildə edə bilir», - qəzetə verdiyi müsahibədə xüsusi xidmət orqanının keçmiş hüquqşünası Robert İtinger deyib. MKİ özü xəbəri, onun gizli olduğunu bəhanə gətirərək, şərh etməkdən imtina edib. d’Andrea barədə o məlumdur ki, 50-dən bir az artıq yaşı var və İslamı qəbul edib.

Seçki kampaniyası dövründə Tramp İranı «terrorçuluğun 1 nömrəli sponsoru» adlandırırdı, mayın 21-də isə «ağlı başında olan» ölkələri İslam Respublikasını izolyasiyada saxlamağa çağırıb. Onun iddiasına görə, İran hakimiyyəti terror təşkilatlarına ən müxtəlif şəkildə dəstək verir – «Livandan İraqa və Yəmənə qədər Tehran terrorçuları və başqa ekstremist qruplaşmaları silahlandırır və təlim verir, onlar isə regionda xaos və dağıntı mənbəyidir. Kütləvi qətllər barədə açıq danışan bu hökumət İsrail və ABŞ-ı məhv etməyə çağırır».

O əlavə edib ki, «İran rejiminin ən qorxunc qurbanları onun öz insanlarıdır. İran zəngin tarixə və mədəniyyətə malikdir, lakin bu ölkənin xalqı liderlərinin münaqişələrə və terrora ağılsızcasına meylinin nəticəsi olaraq məhrumiyyətlər və çarəsizlik yaşayıb», - Amerika lideri bildirib.