vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 23 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
GÜNEY  
10:45 | 3 iyun 2017 | Şənbə Məqaləyə 1724 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Başına dolanım Urmiya gölü»

Azərbaycanlı cütlük bu şüarla yola düşüb...

MÖVZU İLƏ ƏLAQƏLİ

Güney Azərbaycanda cəmiyyətin müxtəlif ictimai təbəqələri Urmiya gölünü böhrandan qurtarmaq üçün simvolik hərəkətlərə əl atırlar.

Bu dəfə azərbaycanlı cütlük gölün ətrafını velosipedlə (doçərxə) gəzəcək. Ətraf-mühit tərəfdarları Əli Həsən Niya və Saray Qasimi gölün ətrafında 7 gün pedal çevirməyi planlaşdırır.

Cütlük «Başına dolanım Urmiya gölü» şüarı ilə yola çıxıb, Urmiya, Salmas, Şərəfxana, Sofiyan, Təbriz, Əcəbşer, Binab və Sulduz şəhərlərindən keçərək 600 kilometr yol qət edəcəklər.

Adını çəkdiyimiz cütlük ötən aylarda «Su böhranını kontrola almaq və Meşginşəhrin turizm imkanlarını tanıtdıqmaq» şüarı ilə 1000 kilometrlik məsafəni velosipedlə qət edərək «Bəndər Türkmən»dən Meşginşəhrin məşhur asılı körpüsünə səfər etmişdilər.

Qeyd edək ki, dünyanın ikinci ən böyük şor gölü olan Urmiya gölü bir neçə ildir qurumaq təhlükəsi ilə üzləşib, böhran getdikcə dərinləşir. İran rəsmiləri isə hələ də sözdə elmi araşdırmalardan əməli işlərə keçməyə tələsmir. Bütün bunlar bölgə əhalisinin kəskin etirazı ilə müşayiət olunur.