vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 23 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
DÜNYA  
18:54 | 4 iyun 2017 | Bazar Məqaləyə 2828 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Çində uşaqlara «müsəlman adlarının» verilməsi qadağan olunur

Əhalidən «Quran»ın müsadirəsinə başlanılıb

MÖVZU İLƏ ƏLAQƏLİ

«The Guardian» yazır ki, Çin özünün uzaq qərbindəki Sintzyan uyğur rayonunun əhalisini uşaqların dini müsəlman adlarını dəyişməyə məcbur edir. Ramazan ayında Sintzyan əyalətinin hakimiyyət orqanları yaşı 16-dan az olan uşaqların müsəlman adlarının dəyişdirilməsinə sərəncam verib.

«İfrat müsəlman adlarını» polis müəyyən edəcək.

«The Guardian» Azad Asiya Radiosuna istinadən yazır ki, söhbət ilk növbədə İslam, Quran, Məkkə, Cihad, İmam, Səddam, Həcc, Mədinə və Ərəfat kimi adlardan gedir.

Məqalədə deyilir ki, artıq aprel ayından başlayaraq hökumət yeni doğulan uşaqlar üçün bir sıra dini əsaslı adların qadağanı barədə sərəncam vermişdi. Amma indiki sərəncam artıq bu adla yaşayan uşaqların adlarının dəyişdirilməsini tələb edir.

Sintzyan əhalisinin əksəriyyəti bu sayaq qadağanlara boyun əymək məcburiyyətindədir, çünki 16 yaşında bütün uşaqlara vətəndaşlıq vəsiqəsi verilir. Təbiidir ki, qadağana tabe olmayanlar belə vəsiqələrdən məhrum olurlar.

Bu sərəncamla yanaşı regionda Kommunist Partiyasına sədaqət ifadə edən 50 minlik yürüş keçirilib. Bu yürüşlərdə hamı Çinin dövlət himnini oxumağa məcbur edilib.

Sintzyan rayonunun əhalisi əsasən müsəlman və türkdilli uyğurlardan ibarətdir.

Bu regiondakı müqavimət hərəkatını Çin hökuməti bir qayda olaraq xarici kəşfiyyat və təxribatçılarla əlaqələndirir.

İnsan haqları təşkilatları Çini uyğur xalqının hüquqlarını pozmaqda ittiham edir.

Bu da qeyd olunur ki, uyğurların yaşadığı bu ərazi Çin hökumətinin böyük İpək Yolu təşəbbüsünün keçdiyi zolağa daxildir.

Bu yaxınlarda Çin hökuməti regiondakı sakinlərdən Quran kitablarının müsadirəsinə başlayıb.