vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
ENERGETİKA  
23:01 | 4 iyun 2017 | Bazar Məqaləyə 1957 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dadlidən «dadlı» xəbər

«5 ildə neftin qiyməti 50-60 dollar arasında olacaq»

MÖVZU İLƏ ƏLAQƏLİ

Yaxın 5 ildə neftin bir barrelinin qiyməti 50-60 dollar arasında dəyişəcək. «Trend»in məlumatına görə, bu barədə BP-nin rəhbəri Robert Dadli deyib.

O, bildirib: «Əlbəttə qısa dövrlər üçün qiymət bir qədər yuxarı və ya aşağı ola bilər, amma siz məndən tələb və təklif barədə soruşsanız, mən deyərdim ki, 50-60 dollar. Düşünmürəm ki, yaxın 5 ildə neftin barreli 100 dollara olacaq, amma 20 dollara da düşməyəcək».

O, hesab edir ki, qiymətin 50-60 dollar olması istehlakçı ölkələr üçün olduğu kimi, istehsalçı ölkələr üçün də yaxşıdır.

Onun sözlərinə görə, BP də OPEC razılaşmasına qoşulan ölkələrdə neft hasilatını azaltmalı olub: «Təbii ki, bir qədər azalıb. Məsələn, biz istehsalı azaldan «Rosnefti»nin səhmdarıyıq. Eləcə də Azərbaycanda, Yaxın Şərq ölkələrində, məsələn, Birləşmiş Ərəb Əmirliklərində istehsalı azaldırıq. Ehtimal edilir ki, İraqda da aşağı salaq. Əlbəttə bu bizə təsir edir. Amma ixtisar çox deyil. Bundan başqa neftin qiyməti razılaşmayadək olduğundan yüksəkdir. Bu da hasilatın aşağı salınmasını kompensasiya edir».