vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
OLAY  
16:58 | 8 yanvar 2014 | Çərşənbə Məqaləyə 2815 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qatili tapılmadı

Baş Prokurorluq bir gündə Rafiq Tağının cinayət işilə bağlı əvvəlcə rəsmi məktub göndərdi, sonra açıqlama yaydı

MÖVZU İLƏ ƏLAQƏLİ

Mərhum yazıçı Rafiq Tağının öldürülməsi ilə bağlı cinayət işi üzrə icraat dayandırılıb. Azvision.az-a xəbər verir ki, bu barədə vəkil Elçin Sadıqov məlumat yayıb. O, Baş Prokurorluqdan icraatın dayandırılmasını əks etdirən qərarı yayıb. Qərarda deyilir:

“Sadıqov Elçin Əli oğluna
Məlumat üçün deyək ki, Sizin zərərçəkmiş şəxsin hüquqi varisi M.B.Tağıyevanın nümayəndəsi olduğunuz 110110543 nömrəli cinayət işinin icraatı dayandırılmışdır.
Azərbaycan Respublikası CPM-in 122 və 277-ci maddələrinin tələblərinə əsasən qərarla tanış olmaq, həmin qərardan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və ya məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət vermək hüquqlarınız var”.
Mediada adıçəkilən məktub mediada ictimailəşəndən 2 saat keçməmiş Baş Prokurorluq açıqlama yaydı. Həmin məlumatda mərhum yazıçı-publisistin ölümü ilə bağlı başlanmış cinayət işinin icraatının dayandırılması barədə xəbərlərə aydınlıq gətirilib.
Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, hazırda bu iş üzrə zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir: “Əvvəllər də məlumat verildiyi kimi, 19 noyabr 2011-ci il tarixdə Rafiq Tağıyevin həyatına qəsd edilərək qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanmaqla Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət törətmiş şəxsin müəyyənləşdirilməsi məqsədilə prokurorluq və daxili işlər orqanlarının təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. İbtidai istintaq zamanı irəli sürülmüş fərziyyələrin yoxlanılması istiqamətində mümkün olan bütün zəruri və təxirəsalınmaz istintaq və prosessual hərəkətlər, əməliyyat tədbirləri yerinə yetirilsə də, təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilmədiyindən cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq iş üzrə icraat dayandırılıb.
Lakin təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsin müəyyən edilməsi üçün Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinə əməliyyat tapşırıqları göndərilib və hazırda da bu istiqamətdə zəruri əməliyyat-axtarış tədbirlərinin icrası davam etdirilir. Cinayət işi üzrə icraatın dayandırılması üçün nəzərdə tutulan hallar aradan qalxdıqda və təqsirləndirilən şəxsin iştirakı olmadan aparılması mümkün olan prosessual hərəkətlərin yerinə yetirilməsi zərurəti yarandıqda iş üzrə icraatın təzələnməsi təmin olunacaq”.