vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
CƏMİYYƏT  
13:02 | 6 iyun 2017 | Çərşənbə axşamı Məqaləyə 2273 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Müəyyən ediləcək və yoxlanılacaq»

Baş prokuror siyasi partiyaların qanunsuz maliyyələşməsindən və casus şəbəkəsindən danışıb

MÖVZU İLƏ ƏLAQƏLİ

«Uzun illər özünü müxalifət adlandıran, qanunvericiliyə uyğun qeydiyyatdan keçməyən həm siyasi partiyalar, həm QHT-lər qanunvericiliyin tələblərini, xüsusən, maliyyə şəffaflığı sahəsində tələbləri pozub». APA agentliyinin məlumatına görə, bunu baş prokuror Zakir Qaralov İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin prokurorluq, ixtisaslaşdirilmiş korrupsiyaya qarşi mübarizə qurumları rəhbərlərinin və ombudsmanlarının Bakıda keçirilən 3-cü görüşndə deyib.

Baş prokuror bildirib ki, partiyalar Mərkəzi Seçki Komissiyasına, QHT isə Maliyyə Nazirliyinə aldıqları qrantlar, beynəlxalq təşkilatlardan aldıqları pullar barədə məlumatlar verməlidir.

«Onlar uzun illərdir, bu barədə müvafiq məlumatlar təqdim etmirdi. Biz məcbur olduq ki, bir sıra ciddi tədbirlər görək ki, onları qanuna dəvət edək.

Bu sahədə qanun təkmilləşəndən sonra, onlar hər hansı qeyri-qanuni yolla Azərbaycanda bu vəsaiti ala bilmirlər. Həmin QHT və partiyalar digər ölkələrdə şəxsi hesablar açmaqla, ölkəyə qanunsuz maliyyə gətirmək istəyir. Bunun qarşısı tam ciddiliklə alınır və alınacaq. Bu insanlar on illərlə heç bir işlə məşğul olmadıqları, hər hansı qurumlarda işləmədikləri halda cangüdənləri necə saxlayır, xarici avtomobillər alırlar? Nə üçün onlar maliyyə hesabatı vermirlər? Məsələn, Yeni Azərbaycan Partiyası müvafiq hesabat verir. Qeyri-qanuni fəaliyyət göstərən qurumlar isə qanunun aliliyindən danışır, ancaq bu cür qanunsuz qrant korrupsiyasına qoşulurlar. Həmin qeyri-qanuni mənbələr bizim tərəfimizdən müəyyən ediləcək. Artıq vaxt çatıb ki, bu qurumların maliyyə mənbələri tam ciddi şəkildə geniş miqyasda yoxlanılsın», baş prokuror qeyd edib.

Zakir Qaralov həmçinin ölkədə casus şəbəkəsinin qarşısının alınmasından danışıb.

«Casus şəbəkəsinin, cinayətkar qrupun ifşasında Müdafiə Nazirliyinin rolu böyükdür», o qeyd edib.

Baş prokurorun sözlərinə görə, Azərbaycan ordusuna ləkə vurmaq istəyən qüvvələr, bəzi KİV-lər həqiqətə uyğun olmayan, dövlət təhlükəsizliyinə xələl gətirən müxtəlif məlumatlar və məqalələr dərc edirlər.

«Artıq 6 KİV-ə Baş Prokurorluq tərəfindən rəsmi xəbərdarlıq edilib. Bütün KİV-ləri bu məlumatları işıqlandırmaqdan çəkinməyə çağırıram. Azərbaycan dövləti müharibə şəraitində yaşayır. Heç kəsin ixtiyarı yoxdur ki, Azərbaycan ordusuna, onun hərbi qüdrətinə, orduda xidmət edən qeyrətli azərbaycanlı balalarımıza ləkə vuraraq xələl gətirsin. İstənilən hallar mövcud ola bilər, ancaq dövlət qurumları bunun qarşısını alıblar. Dövlətimiz və hərbi qüdrətimiz üçün bu gün hər hansı bir təhlükə yoxdur», Qaralov qeyd edib.