vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
BÖHRAN  
18:02 | 6 iyun 2017 | Çərşənbə axşamı Məqaləyə 1679 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Asanlıqla yalan danışa bilər»

Əsəd ABŞ səfirinin üstünə niyə qışqırıb?

MÖVZU İLƏ ƏLAQƏLİ

Suriyada vətəndaş müharibəsi başlayarkən ABŞ-ın bu ölkədə səfiri olmuş Robert Ford bir neçə il əvvəl Bəşər Əsədlə görüşü vaxtı yaşadığı təəssüratı bölüşüb.

Odatv-nin xəbərinə görə, səfir etiraf edib ki, Bəşər Əsəd digər ərəb liderlərindən çox fərqlənir: «Onunla söhbət edəndə çox təsirli ola bilir və ikili münasibətləri yaxşı qurur. Tanıdığım digər ərəb liderlərindən fərqlənir. Məsələn, Hüsnü Mübarək kimi ağır deyil. Daha təvazökardır və bu cəhətdən İordaniya kralı Abdullaha bənzəyir. Amma Əsədin xoşuna gəlməyən bir şey dedikdə sizə asanlıqla yalan danışa bilər. Mənə elə bir şey dedi ki, ikimiz də həmin informasiyanın yalan olduğunu bilirdik. Müharibə başlamazdan əvvəl ona insan haqları ilə bağlı məsələdən danışdım. Çox əsəbiləşdi və mənə qışqırdı. Dedi ki, ABŞ insan haqları ilə bağlı dərs alacağı son ölkə ola bilər».