vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
SƏNƏTÇİ  
14:46 | 8 yanvar 2014 | Çərşənbə Məqaləyə 3059 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Vaxtımın çoxunu Azərbaycanda keçirirəm»

Fransız aktyor özünü çöl pişiyinə bənzədib

Mədəniyyət şöbəsi

MÖVZU İLƏ ƏLAQƏLİ

Məşhur fransız aktyoru Jerar Depardye Rusiyadakı yeni həyatı ilə bağlıı Dimanche (JDD) jurnalına müsahibə verib. «Sevgi məktubları» tamaşasında oynamaq üçün Parisin Antuan teatrına qayıdan Jerar Depardye Rusiyadakı yeni həyatı ilə bağı JDD-yə müsahibə verib.

Aktyor kimi səhnədə olmaqdan olduqca məmnun qalan Depardye Parisdə yanvarın 11-dək qalacaq. «Sevgi məktubları»nda oynadığı rolu 7 günə yekunlaşacaq. 
«Aktyorluq mənlik deyil. Mən azadlığı sevən bir adamam, harada, nə vaxt, nə istəyirəm onu da edirəm. Hazırda arzuladığım sakit həyata qovuşmuşam».
Fransaya «sadə bir ziyarətçi» kimi gəlirsiniz, sualına cavab olaraq o, vaxtının çoxunu Azərbaycanda, Ukraynada və Rusiyada son zamanlar isə İtaliyada keçirdiyini bildirib. «Harada biznesim var orada» - deyə Depardye özünü çöl pişiyinə bənzədib. 
Qeyd edək ki, Jerar Depardye ölkəsində ondan tələb olunan verginin çoxluğuna etiraz olaraq Fransa vətəndaşlığından imtina edib və Rusiya vətəndaşlığını qəbul edib. Hazırda o, bir neçə ölkənin fəxri vətəndaşıdır.