vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 24 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
GÜNEY  
10:26 | 12 iyun 2017 | Bazar ertəsi Məqaləyə 1999 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Güneydə fəhlə inqilabı yetişib

İşçilərinin 91 faizdən çoxunu ixtisar edən zavod qalan 9 fazin də maaaşını verə bilmir

MÖVZU İLƏ ƏLAQƏLİ

İyunun 11-də Təbrizdə Azərbaycan Sənaye İnkişafı Zavodunun işçiləri il yarımdır əmək haqlarını ala bilmədikləri üçün etiraz aksiyası keçiriblər. Zavodunun həyətində keçirilən aksiyada təxminən 40 işçi iştirak edib. Onlar il yarım ərzində yalnız bir neçə dəfə kiçik məbləğdə pul aldıqlarını iddia ediblər.

İşçilərin siğorta haqlarının ödənilməsində də problemlər yaranıb. Hətta Təmini İctimai İdarəsi son aylarda işçilərin tibbi siğortalarının müddətini uzatmaqdan imtina etdiyi bildirilir.

«Kaneks (dəmirdən hazırlanmış evlər), kombayn və onların hissələrini istehsal edən zavodun 6 il öncə təxinən 500 işçisi olub, hazırda işçilərin sayı 44 nəfər enib. Bütün bunlar maliyyə problemləri ilə bağlıdır», - deyə aksiya keçirən işçilərdən biri deyib.

Qeyd edək ki, İranda bütün türk bölgələrində iqtisadi tənəzzül getdikcə dərinləşir. Buna səbəb iş adamlarının bölgəyə hakim kəsilən iqtisadi gərginlikdən dolayı məntəqəni tərk etməsi və bölgəyə dövlət tərəfindən sərmayə yatırılmamasıdır. Zavodların bağlanması, işçilərin əmək haqlarının gecikdirilməsi vəya onların işdən çıxarılması əksdər halda bölgədə hökm sürən yoxsulluq və iqtisadi durğunluqla əlaqədardır.