vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
BÖHRAN  
13:34 | 12 iyun 2017 | Bazar ertəsi Məqaləyə 2064 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İŞİD İranda fəaliyyətini güclənir

İki silahlı atışmada 4 terrorçu həlak olub, 5-i yaxalanıb

MÖVZU İLƏ ƏLAQƏLİ

İyunun 11-də İranın Hormozqan əyalətinin Rudan şəhərinin ətraf dağlarında naməlum silahlı dəstə üzvləri ilə hökumət qüvvələri arasında baş verən silahlı atışmada 4 İŞİD-çi həlak olub.

Bu barədə Hormozqan əyalətinin ədliyyə təşkilatının rəhbəri axund Məhəmməd Sadıq Əkbəri iyunun 12-də jurnalistlərə açıqlamasında məlumat verib.

Axund Əkbəri bildirib ki, Rudan dağları ətrafında baş verən silahlı qarşıdurmada, naməlum silahlı dəstə üzvlərindən 4-ü öldürülüb: «Qüvvələrimiz tərəfindən məhv edilən həmin şəxslərin 2-si İran, 2-si isə xarici vətəndaşlardır. Onların üstündən cürbəcür silahlar, partlayıcı maddələr, intihar kəmərləri və İŞİD bayrağı aşkarlanaraq götürülüb. Həmçinin son günlər yerli hüquq-mühafizə qüvvələrimiz Cask limanında terrorçu İŞİD qruplaşmasının daha 5 üzvü ilə üz-üzə gələrək onların hamısını yaxalayıblar. Tutulanlar hazırda onlar dindirilir və məsələ araşdırılır».

Xatırladaq ki, İyunun 7-si sübh saat 10.30 radələrində İran parlamentinə və Tehranın cənubunda yerləşən Xomeyni məqbərəsinə silahlı hücum olub. Kimliyi bəlli olmayan 4 silahlı şəxs İran parlamentinin giriş qapılarındakı mühafizəçi qüvvələrə tapança və avtomatla atəş açaraq deputatların toplaşdığı zala daxil olmağa çalışıblar.  Atışma zamanı hücumçulardan biri özünü partladıb, 3-ü isə hökumət qüvvələri ilə atışmada həlak olub.

Eyni hücum, Tehranın cənubunda yerləşən Xomeyni məqbərəsinə də edilib. İki silahlı şəxs məqbərə həndəvərinə yaxınlaşaraq mühafizəçi qüvvələrə odlu silahlardan atəş açıblar. Hücumçulardan biri özünü partlatsa da, digəri birisi yaxalanıb. Hər iki olayda 17 nəfərin öldüyü, 50  nəfərdən çox insanın yaralandığı bildirilir.

İnsidentdən bir neçə saat sonra İŞİD bəyanat yayaraq hər iki hücumun məsuliyyətini üzərinə götürüb. Az sonra isə hücumçuların İŞİD-ə qoşulmuş və milliyyətcə kürd olan İran vətəndaşları olduğu bəlli olub.