vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 23 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
BÖHRAN  
09:46 | 9 yanvar 2014 | Cümə axşamı Məqaləyə 2262 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Tankerlər batırılacaq»

«İstənilən ölkə zəbt edilmiş ərazilərdə icazəsiz neft doldurmağa cəhd etsə, biz ölçü götürəcəyik»

anspress.com

MÖVZU İLƏ ƏLAQƏLİ

Liviyanın baş naziri Əli Zeydan silahlılar tərəfindən ələ keçirilən ərazilərdə neft dolduran əcnəbi neft şirkətlərinə xəbərdarlıq edib. Rusiya mətbuatının verdiyi xəbərə görə, bu barədə «Əl Cəzirə» məlumat yayıb. Baş nazirin sözlərinə görə, xəbərdarlığa məhəl qoyulmayacağı halda tankerlər Liviya Hərbi Dəniz Qüvvələri tərəfindən suda batırılacaq: «İstənilən ölkə və şirkət Liviyanın zəbt edilmiş ərazilərində tankerlərini Milli Neft Şirkətinin icazəsi olmadan doldurmağa cəhd edərsə, biz onlarla bağlı ölçü götürəcəyik».

Zeydan əlavə edib ki, bütün gərəkli addımlar atılacaq. Hətta söhbət bu tankerləri məhv etmək və ya onları suda batırmaqdan gedə bilər: «Biz bütün ölkələrə xəbərdarlıq edirik-heç bir güzəşt olmayacaq». 
Telekanalın verdiyi məlumatına görə, üsyançılar 6 ay bundan əvvəl Liviyanın şərqi neft yataqlarını ələ keçirərək işğal olunmuş portlarda xarici şirkətlərə neft təklif edir. 
Xatırladaq ki, «Palmalı» şirkətlər qrupuna məxsus «Bakı» tankeri Liviya sahillərində atəşə tutulub. Məlumatlara görə, Liviya limanından tankerə neft yüklənən zaman gəmiyə Liviya əsgərləri tərəfindən xəbərdarlıq edilib. Amma xəbərdarlığa məhəl qoyulmadığına görə hərbi gəmilər «Bakı» tankerinə atəş açıblar.