vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
BÖHRAN  
23:24 | 13 iyun 2017 | Çərşənbə axşamı Məqaləyə 1304 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Terrorizm iddialarının mərkəzində niyə Qətər durur?

ABŞ Şeyx Təmim bin Həməd əs-Sanini terrorla mübarizəyə çağırıb

MÖVZU İLƏ ƏLAQƏLİ

Səudiyyə Ərəbistanı və ona müttəfiq Körfəz ölkələri Qətəri Yaxın Şərqdə sabitliyi pozan ekstremist qrupların sponsoru olmaqda ittiham edirlər.

Belə bir hal ilk dəfə baş vermir. Qətərin qonşuları 2014-cü ildə də bu ölkə ilə diplomatik əlaqələri kəsmişdilər.

Gərginliyi yaradan, Qətərin, Müsəlman Qardaşlar təşkilatını dəstəkləməsi və Taliban, Əl-Qaidə kimi qruplar və onların törəmə strukturları ilə sıx əlaqə saxlaması iddiasıdır.

Qonşuları Qətərin İranla da əlaqələrindən narazıdır. Məhz bu səbəbdən bu yaxınlarda Səudiyyə Ərəbistanı Qətərin Əl-Cəzirə («Al Jazeera») dövlət telekanalını Yəməndə husi üsyançılarını dəstəkləməkdə ittiham etmişdi.

Doha, Ər-Riyadın ittihamlarını qəti sürətdə rədd edib və bildirib ki, terrora qarşı bəzi qonşularından daha sərt addımlar atır.

Aprel ayında, xəbərlərə görə, Qətər Suriyada Əl-Qaidə ilə keçmişdə əlaqəli olmuş qrupa və İranın təhlükəsizlik rəsmilərinə 1 milyard dollar pul ödəyib.

Həmin məbləğ İraqda şiə silahlıları tərəfindən oğurlanmış kral ailəsinin 26 üzvünün və Suriyada cihadçılar tərəfindən tutulmuş onlarla şiə döyüşçüsünün azad edilməsi üçün ödənmişdi.

Beləliklə, indiki böhranın səbəbi, görünür, Qətərin, iddia olunduğu kimi, radikal ideologiya və ekstremizmi maliyyələşdirməkdə davam etməsi olub.


«Keçilməli yol»


11 sentyabr hadisələrindən sonra ABŞ başda olmaqla terrorçuluğun maliyyələşdirilməsinə qarşı qlobal miqyasda sərt ölçülər götürülüb.

Dövlətlər və BMT səviyyəsində fiziki və hüquqi şəxslərə qarşı sanksiyalar tətbiq olunub.

Buna baxmayaraq, Qətər də daxil bəzi ölkələrin, götürdükləri öhdəliklərə necə əməl etməsi dəfələrlə sual doğurub.

2014-cü ildə, o zaman ABŞ Maliyyə nazirinin terrorizm və maliyyə kəşfiyyatı üzrə müavini Deyvid Koen (David Cohen) qeyd etmişdi: «Uzun müddət ABŞ müttəfiqi olan Qətər, bir çox illər ərzində açıq şəkildə Həması maliyyələşdirir».

ABŞ nazir müavini bu qrupu regional sabitliyi pozmaqda davam edən bir təşkilat kimi təsvir etmişdi.

«Mətbuat xəbərləri göstərir ki, Qətər hökuməti Suriyada fəaliyyət göstərən ekstremist qrupları dəstəkləyir», - Koen bildirmişdi.

Deyvid Koeni 2016-ci ildə ABŞ Maliyyə nazirinin müavini vəzifəsində əvəzləmiş Adam Szubin qeyd etmişdi ki, terrorçuları maliyyələşdirənlərə qarşı tədbir görmək istəyinə baxmayaraq, Qətər bu yolda hələ xeyli məsafə keçməlidir, bunun üçün isə «siyasi iradə və antiterror maliyyə qanunvericiliyinin durumu" istənilən səviyyədə deyil.

Nəticədə, ABŞ bir neçə Qətər vətəndaşına qarşı, terrorizmi maliyyələşdirdiklərinə görə, sanksiya tətbiq etmişdi.


Səudiyyə şübhələri


Donald Trampın Ər-Riyada bu yaxınlarda səfəri, şübhəsiz, Qətərə qarşı qonşularının münasibətinin sərtləşməsinə səbəb oldu.

Buna baxmayaraq Səudiyyənin özü də tənqiddən yaxa qurtara bilməmişdi.

9/11 hadisələri zamanı təyyarə qaçıran 19 nəfərdən 15-i Səudiyyə vətəndaşı olub.

«Wikileaks»in 2009-cu ildə dərc etdiyi diplomatik sənədlərdən aydın olub ki, ABŞ, Səudiyyənin terrorçuluğu maliyyələşdirənlərə qarşı gördüyü tədbirlərin kifayət qədər sərt olmadığı qənaətindədir. Eləcə də, həmin sənədlərdə ABŞ diplomatları qeyd edib ki, Səudiyyə özünün karbohidrogen sərvəti hesabına dünyada vəhabiliyin yayılmasını maliyyələşdirir.

Bu tənqidə baxmayaraq, Qətərlə müqayisədə Səudiyyənin mövqeyi və ona göstərilən dəstək daha möhkəmdir.

Prezident Trampın Səudiyyə Ərəbistanına səfəri zamanı terrorçuluğun maliyyələşdirilməsi əleyhinə mərkəzin yaradılması elan olunmuşdu.

Bu, ona dəlalət edir ki, Vaşinqton Səudiyyəni terrorçuların maliyyələşdirilməsində bir problemli amil yox, əksinə, həmin problemin Körfəz regionunda həllinin bir mühüm iştirakçısı saymaqdadır.


Ekstremist ideologiyası


Lakin terrorun maliyyələşdirilməsi ilə mübarizədə Səudiyyənin səyləri kifayətedici olmaya da bilər.

Son zamanlar terrorçuluğu birbaşa maliyyələşdirənlərlə yanaşı, diqqət eləcədə radikal və ekstremist ideologiyaları təşviq edənlərə də verilir.

Güman edildiyinə görə, əvvəllər olduğu kimi, bu dəfə də Qətər ətrafında böhran tez bir zamanda həll olunacaq.

Lakin bu böhranın qabartdığı terrorçuluğun və ekstremist ideologiyasının maliyyələşdirilməsi problemi diqqət mərkəzində qalmaqda davam edəcək.

Rəsmi Doha özünə qarşı ittihamları əsassız saysa da, bu məsələyə görə Qətərlə bağlı şübhələr qalmaqda davam edəcək.