vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
ELM-TƏHSİL, DİN  
08:47 | 14 iyun 2017 | Çərşənbə Məqaləyə 2955 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bu gün «Son zəng» çalınır

19 525 şagird məktəblə vidalaşır

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün respublikamızda 2016/2017-ci dərs ili başa çatır. Modern.az xəbər verir ki, bütün ümumi təhsil müəssisələrində təhsil alan 195 449 şagird üçün «Son zəng» çalınacaq. Məlumata görə, 2016/2017-ci tədris ilinin sonuna olan proqnoz üzrə respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 110 638, XI siniflərini 84 088, qiyabi (axşam) ümumtəhsil məktəblərini isə 723 şagird bitirir.

2016/2017-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin IX sinfini 27 708, XI sinfini 19 525 nəfər bitirəcək. Paytaxtda 45 321 nəfər I sinfi, 599 nəfər XII sinfi (əyani-qiyabi tam orta məktəb və qiyabi siniflərdə) başa vuracaq.

2017-2018-ci tədris ilinin əvvəlinə 164 945 nəfərin I siniflərə qəbulu gözlənilir.

Qeyd edək ki, təhsil naziri Mikayıl Cabbarov «Son zəng» tədbirlərinin təşkil edilməsi barədə əmr imzalayıb. Əmrə əsasən, «Son zəng» tədbiri iyunun 14-də hər bir müəssisənin ərazisində təşkil olunacaq.