24 yaşlı xilas tariximiz
Azərbaycan Milli Qurtuluş Gününü qeyd edir
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Heydər Əliyev və TÜRKSOY”
Ümummilli liderin vəfatının 19-cu ildönümünə həsr olunmuş tədbir
-
Başladığı bütün işlərin sona çatdırılacağına inanırdı
Heydər Əliyevin tarixi xidmətlərini zaman keçdikcə daha aydın dərk edirik
-
2023-cü il “Heydər Əliyev İli” elan edildi
Azərbaycan Prezidenti sərəncam imzaladı
-
Xalq üçün yaşanan bir həyat…
Bu gün Heydər Əliyevin doğum günüdür
-
Bugünkü inkişafın təminatçısı
Heydər Əliyev strateji dövrdə Azərbaycan iqtisadiyyatının bünövrəsini formalaşdırdı
-
Heydər Əliyev nə demişdi?
“SSRİ-ni yada salan heç bir sənədə imza atmaq, tədbirlərə qatılmaq lazım deyil”
-
Təhlükəsizliyimizə keşik çəkən DTX
Dövlətin təhlükəsizlik, yaxud kəşfiyyat orqanı o vaxt qalib gəlir, öz vəzifəsini layiqincə yerinə yetirir ki, orada peşəkar kadrlar və iş üslubu olsun (Heydər Əliyev)
-
“Müdrik dövlət xadimi, dahi lider, qayğıkeş İnsan...”
Mehriban Əliyeva: “Heydər Əliyevin xatirəsi qəlbimizdə həmişə yaşayacaq”
-
“Sizə iradımız yoxdur...”
İlham Əliyev: “Biləndə ki, Heydər Əliyevin oğluyam, məni heç kim işə götürmürdü”
-
“...Onun adını daşıyacaq”
Mübariz Mənsimovdan Elçibəyə böyük jest
-
Misilsiz xidmətləri yaddaşlara hopmuş lider
Nə qədər Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaqdır...
-
Müstəqillik tariximizin həqiqət anı
1993-cü ilin 15 iyunu Azərbaycanın yeni tarixini ikiyə böldü. Arxada ümidsizlik, müstəqilliyin qaranlıq perspektivi, irəlidə sabitlik, ümid və dövlətçiliyin xilası vardı...
-
Qurtulmuş xalqın günü
15 iyun Milli Qurtuluş Günüdür
-
“Qalxan və qılınc” filmi ekranda
Əsər ulu öndər Heydər Əliyevin DTK-nın rəhbəri olarkən erməni millətçilərinin təxribatlarına qarşı mübarizəsindən bəhs edir
-
Heydər Əliyevin yubiley mərasimində “Qızıl çinar” mükafatı
Birinci vitse-prezident Mehriban Əliyeva yüksək ödülü üç nəfərə təqdim etdi
-
“Heydər Əliyev: Şəxsiyyət, Missiya, İrs”
Heydər Əliyev Mərkəzində tarixi-sənədli sərginin açılış mərasimi olub
Bu gün Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur. Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında ulu öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və bu gün Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu, Azərbaycan dövlətçiliyi yox olmaq təhlükəsindən qurtuldu.
Həmin gün Azərbaycan xalqının tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev Ali Sovetin sədri seçilib. Bununla da uzun illər davam edən gərginlik və qarşıdurma səngidi və ölkə vətəndaş müharibəsi və parçalanma təhlükəsindən xilas oldu. Milli qurtuluş fəlsəfəsi sözün geniş mənasında Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin etdi.
Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ suverenliyi qoruyub inkişaf etdirmək idi və bu ümummilli liderin iradəsi sayəsində reallığa çevrildi. O, Milli Azərbaycan dövlətçiliyi konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq, ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu.
Heydər Əliyev 1993-cü il iyunun 20-də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün yerli və xarici jurnalistlər üçün brifinq keçirdi, iyunun 21-də isə bir sıra ölkələrin diplomatları ilə görüşdü. Bu sahədə yürüdülən siyasət respublikanı informasiya blokadasından çıxartdı. Dünyada Azərbaycanla bağlı formalaşan fikri müsbət yöndə dəyişdi. Məhz belə bir mürəkkəb siyasi şəraitdə Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi. Ümummilli liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, qətiyyəti və xarizması siyasi böhrana son qoydu və Azərbaycanın dünya birliyinə inteqrasiyası başlandı.
1997-ci ildə millət vəkilləri 15 iyun tarixinin təqvimə Azərbaycanın Milli Qurtuluş Günü kimi salınması təklifi ilə çıxış etdilər və Milli Məclis bu təklifi bəyəndi. O vaxtdan Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Milli Qurtuluş Günü kimi qeyd edilir.